Magistratura hazırlığı artıq iki ildir ki, iki mərləhəli olur. Birinci mərhələ ənənəvi olaraq fevral ayında, ikinci mərhələ isə may ayında keçirilir. İmtahanların keçirilmə qaydasında proses eynidir. Bakalavr birinci mərhələdə olduğu kimi ikinci turda da məntiq, informatika və xarici dildən (ingilis, rus, alman, fransız və s.) imtahan verir. İmtahan bitdikdən sonra nəticələr ən gec ilk üç iş günü müddətində bəlli olur.
Bakalavrlar imtahan cavablarını öyrənmək üçün 7727-yə sms göndərə və yaxud dim.gov.az saytına daxil olaraq istifadəçi adı (vəsiqənizin fin kodunu) daha sonra parol daxil edərək baxa bilirlər.
Magistratura İmtahan cavabları çıxdıqdan sonrakı mərhələ müsabiqə mərhələsidir. Müsabiqə mərhələsinə buraxılan tələbələr ixtisasları üzrə keçid ballarını toplamaqla bərabər müsabiqə mərhələsinin şərtlərini ödəməlidir (məntiq 15, informatika 5, xarici dil 5 düzgün cavab olmalıdır).
Müsabiqə mərhələsində yerlərin açılması isə iyun ayının sonu iyul ayının əvvəllərinə təsadüf edir. Onu da qeyd edək ki, dövlət imtahanından kəsilən tələbələrin bu mərhələdə iştirakına icazə verilmir. İxtisas seçimi zamanı tələbələr ixtisaslarının icazə verdiyi proqramlar üzrə seçim edə bilirlər.
İmtahandan sonra tələbələrin daha çox maraqlandıran suallardan biri ixtisas seçimi zamanı hansı proqramlardan seçim edə bilərlər, yaxud ümumən hansı ixtisas proqramları var. 2020-2021-ci illərdən sonra olan dəyişikliyə əsasən tələbələr hər iki turda məntiq, informatika, xarici dil fənlərindən imtahan verirlər və ixtisas seçimində bu iki turdan hansının balı ilə seçim etməsinə tələbə qərar verir.
İxtisas seçimi zamanı ixtisasından asılı olmayaraq bakalavrlara bir neçə proqramdan seçim etmək icazəsi verilir və onu qeyd edək ki, ixtisasından asılı olmayaraq bütün ixtisas qruplarından 56-cı proqram üzrə yəni MBA (Master of Business Administration ) üzrə seçim edə bilirlər. Bu zaman ixtisas olaraq biznesin təşkili və idarə olunması, iqtisadiyyat, maliyyə, mühasibat uçotu (müxtəlif dillər üzrə) menecment (müxtəllif dillər üzrə), marketinq (müxtəllif dillər üzrə), insan resursları, turizim və otelçilik, biznes və data analitikası, bank və sığortanın idarə edilməsi və s. üzrə seçim edə bilirlər.
Qabiliyyət tələb edən ixtisaslardan bu il jurnalistika üzrə qabiliyyət imtahanı iyun ayının doqquzundan başlayacaq və eləcə 68, 69, 70-ci proqramları üzrə də qabiliyyət imtahanları 10-17 iyun tarixləri aralığında keçiriləcəkdir.
İxtisas seçimi zamanı lazımı olan Magistr 3 jurnalı artıq dərc olunub ki, həmin jurnalda ixtisaslar, ixtisas nömrələri və keçid balları qeyd olunub. Digər jurnal Magistr 4 jurnalı isə hələki dərc olunmayıb. Jurnalın dərc olunması ixtisas seçiminə az qalmış, qabiliyyət imtahanları bitdikdən sonra çıxması planlaşdırılır.
2021-2022-ci tədris ilində “EDU Company” Təhsil Şirkətində hər iki mərhələ üzrə hazırlıqlar keçirildi. Şirkətimizin nəticələri birinci mərhələdə olduğu kimi ikinci mərhələdə də yüksək oldu.
2022-2023-cü il Sentyabr ayında baş tutacaq ödənişli dərslərdən öncə İyul ayının 4-ü tarixindən 3-cü kursu bitirən tələbələr üçün magistr fənlərinin hər üçündən ödənişsiz dərslər keçiriləcəkdir.Hazırki dövrdə çox tələbənin xarici dil öyrənməkdə çətinlik çəkdiyini nəzərə alaraq Məntiq və İnformatika bir ay, İngilis dili isə iki ay tam ödənişsiz şəkildə tədris olunacaqdır. Ödənişsiz dərslərdə müəyyən proqram keçirilməsinə baxmayaraq Sentyabr ayında proqram yenə tam sıfırdan keçiriləcəkdir.
Magistr hazırlığı üzrə sentyabr qruplarına endirimli qiymətlə qeydiyyat artıq iyun ayından başlamışdır. Kampaniyya şərtlərinə əsasən tələbənin bakalavra qəbul olduğu zaman yığdığı bala əsasən endirim olunur
“EDU Company” Təhsil Şirkətində İyun ayının sonuna kimi qeydiyyatdan keçən bütün tələbələrə İngilis dili danışıq dərslərinin aylıq ödənişi 79 AZN deyil, 50 AZN olacaqdır.
Şirkətimizdə magistr adını qazanan bütün tələbələrə Dövlət Qulluğuna hazırlıq paket formasında endirimli qiymətlə təklif olunacaq və bu kampaniyya 15 iyun tarixindən start götürəcəkdir.