Magistr imtahanı üzrə 2022-2023 – cü il tədris ili üçün hazırlıqlar Sentyabr ayından etibarən başladı .Hazırlıqlar Məntiq, İnformatika və Xarici dil fənləri (ing, rus, fransız, alman və s ) üzrə start götürdü .Hazırlıqların başlayıb davam etdiyi bir dövrdə imtahan proqramında müəyyən dəyişikliklərin olacağına dair məlumatlar yayıldı ki, bu məsələ tam təsdiqini oktyabr ayının sonları tapdı. Ümuməm proqramda olan yeniliklər isə Magistr-1 jurnalında dərc olundu. Jurnal 05.11.2022-ci il tarixində oxuculara təqdim olundu. Proqramda olan dəyişikliklərdən ingilis dili fənni üzrə artıq 5 dinləmə, (qapalı) 1 mətn 10 sual qapalı, 10 qrammatika 5 qapalı 5 açıq sual olacağı, İnformatika üzrə isə artıq test tapşırıqlarında Microsoft Office 2010 paketi 2019 paketi ilə əvəz olunduğu öz əksini tapmışdı.
Magistr qəbul imtahanında son illərdə bir çox dəyişiklər oldu və növbəti illərdə də dəyişikliklərin olacağı gözlənilir ki, bu dəyişikliklərə imtahanların iki turda keçirilməsi, ingilis dili imtahanında 1 mətn 10 sualın olması və ən son olaraq 2024-cü il üçün tələbələrin yazı və danışıq bacarığının yoxlanması planlaşdırılır. Sual saylarında dəyişikliklər yoxdur. Məntiq 50, İnformatika 25, Xarici dil 25 sual. İmtahan limitləri Məntiq 15, İnformatika 5, Xarici dil 5 olaraq qalır. Magistr imtahan vaxtlarının bu il də Fevral - Mart ayında, ikinci şans imtahanı isə May- İyun aylarında olması planlaşdırılır.
“EDU Company “Təhsil Şirkətində magistr hazırlığı bu il sentyabr ayının 19-dan başladı dərslər həm əyani, həm də online şəkildə start götürdü. Dərslər hər iki sektor, Azərbaycan və Rus bölməsi üzrə həftənin 1-4,2-5,3-6–cı günləri olmaqla salınmışdı . Azərbaycan sektoru dərsləri Elmlər, 28 May, N.Nərimanov, Neftçilər, Sumqayıt və Gəncədə. Rus sektoru üzrə isə N.Nərimanov filialımızda eyni vaxtlarda başladı . Bu il qrafiklər hazırlanmamışdan öncə tələbələrin bilik səviyyəsin yoxlamaq üçün imtahan keçirildi və nəticəyə əsasən qrafiklər quruldu. Qeyd edək ki səviyyə ölçümü üçün olan imtahanı həm əyani həm də online keçirildi. Bu il yaranan Sentyabr qrupları iki ayrı vaxtlarda yarandı. Sentyabrın 19-u və Sentyabrın 25-dən sonra açıldı. Oktyabr qrupları isə oktyabrın 2-dən və 20-dən sonra başladılar. Ən son yaranan Noyabr qrupları isə Noyabr ayının 1-dən etibarən başladılar. Yaranan əyani qruplarla yanaşı online qruplarda yaranırdı ki, ən son online qrup 20 oktyabrdan sonra yarandı.
Magistr hazırlığı üzrə “EDU Company” Təhsil Şirkəti Sentyabr ayından Noyabr ayının 15-dək hər 3 fəndən qeydiyyatdan keçən tələbələr ilə 100% - lik yazılı zəmanətli müqavilə bağlanır. Bu tələbənin magistr adını qazanacağına zəmatin verilməsi üçün bağlanan müqavilədir. Zəmanətə əsasən Sentyabr ayında dərslərə başlayıb hər iki şans imtahanı üçün hazırlaşıb qəbul ola bilməyən tələbə növbəti il “ÖDƏNİŞSİZ” olaraq hazırlaşdırılır.
Dərslər başladıqdan üç həftə sonra ilk MSİ - 1(Mövzu Sınaq İmtahanı - 1) keçirildi. Bu sıra ilə ayda iki dəfə olmaqla MSİ-lər keçirilir. Bu imtahanlardan əlavə həftəlik quizlər tələbənin həftə ərzində öyrəndiklərini imtahan etmək üçün yoxlanış olur. Mərkəzimizdə Dekabr ayı daxil olmaqla MSİ-lər, Yanvar və Fevral aylarında isə ÜSİ – (Ümumi Sınaq İmtahanları) keçirilir.DİM imtahanı olacağı vaxta kimi hazırlıqlarımız davam edəcək.
Magistr hazırlığı zamanı bu ildə bir çox çətinliklərlə üzləşildi. Hansı ki, ən böyük problem tələbələrin hazırlıqlar zamanı dərsləri çatdıra bilməmələri oldu. Bunun əsas səbəbi universitetlərdə tələbələrin çox sıxılması idi. Tələbələrin həddən artıq yüklənməsi onların magistr arzularını ertələməyə gətirib çıxardır. Bu halda tələbələrin imtahan verməsi ikinci tura uzanmış olur. İkinci şans imtahanı tarixi DİM tərəfindən tam dəqiq qeyd olunmasada ümumi olaraq yuxarıda qeyd etdiyimiz kimi May-İyul aylarında keçirilməsi planlaşdırlır.
Hər il olduğu kimi bu ildə İmtahan qeydiyyatı və ixtisas seçimi Şirkət tərəfindən icra olunacaq. Bu zaman tələbələrin şəxsi kabinetlərinin bərpası həmçinin şəxsi kabinet məlumatlarının yenilənməsinə də köməklik göstərəcəyik.
Magistratura haqqında daha çox məlumat almaq üçün keçidə daxil olun:
EDU Company Magistratura Hazırlığı