09:00-21:00 İş saatları
Sınaq dərsi istə
kompüter kursları | kompüter dərsləri | EDU Company

kompüter kursları və kompüter dərsləri

Kompüter proqramları

“Microsoft” şirkəti 1975 ci ildə təsis edilmişdir. “Microsoft” məhsulları hal-hazırda 80-dən çox ölkədə satılır və istifadə olunur. Azərbaycanda isə “Microsoft” şirkəti 2006-cı ilin fevral ayından fəaliyyət göstərir. “Microsoft” şirkətinin ən vacib məhsullarından biri ofis proqramlarıdır və bu ofis proqramları 1989-cu ildə istifadəyə buraxıldı. Ofis proqramlarına - “Microsoft Office Word, Microsoft Office Excel, Microsoft Office Powerpoint, Microsoft Office Outlook, Microsoft Office InfoPath, Microsoft Office Acces, Microsoft Offise Publisher” daxildir. Ofis proqramlarının müxtəlif versiyaları vardır. Buna misal olaraq “Microsoft Office 95, Microsoft Office 2000, Microsoft Office 2003, Microsoft Office 2007, Microsoft Office 2010” göstərmək olar. Bütün kompüter istifadəçilərinin vazgeçilməzləri sırasında yer alan ofis proqramları ilə yaxından tanış olaq:

Microsoft Word: 1983 ildə “Microsoft” tərəfindən hazıranmışdır və bu proqram mətn emal proqramıdır. Microsoft Word proqramı yazı işləri üçün və mürəkkəb sənədlərin yaradılması üçün nəzərdə tutulmuşdur. Hal hazırda bu proqram dünyada ən populyar proqramlardan biri sayılır. Həmçinin Microsoft Word proqramının köməyi ilə siz internet və komputerinizdən şəkillər və videolar əlavə edə bilərsiniz. Microsoft Word proqramı ilə müxtəlif qeydləri, hesabatları və təsvirləri birləşdirmək mümkündür.

Microsoft Excel: Bu proqram vasitəsi ilə elektron cədvəllər yaradılır. Kompüter istifadəçiləri arasında elektron cədvəllər müxtəlif hesabatların aparılmasında istifadə olunur. Microsoft Excel proqramı daha çox bank işçilərinə, şirkət işçilərinə və mühasiblərə lazım olur. Həmçinin bu proqram vasitəsi ilə cədvəllərin redaktə olunması və çapı da yerinə yetirilir. Ədədlər və mətnlər üzərində müxtəlif əməliyyatların yerinə yetirilməsi və daha mürəkkəb hesablamaların aparılması qrafiklərin və diaqramların qurulması həyata keçirilir. Microsoft Excell proqramının yeni versiyaların təxmini olaraq 1 milyon sətir və 16.000-dən çox sütündan ibarətdir. Dünyada ilk dəfə elektron cədvəl ideyası 1979-cu ildə Dan Briklin tərəfindən irəli sürülüşdür.

Microsoft Power Point: Bu proqram vasitəsi ilə slaydlar hazırlanır və bu slaydları istənilən qaydada ard-arda düzməklə təqdimat təşkil oluna bilir. Microsoft Powerpoint proqramının hazırlanması ideyasını ilk dəfə Bob Haskins irəli sürmüşdür. Bob Haskins Berkli universitetinin tələbəsi olmuşdur. Powerpoint Microsoft tərəfindən 1987-ci ildə 14 milyon dəyərində alınmışdır. 1990-cı ildə isə Powerpoint proqramı Microsoft Office paketinə daxil edilmişdir. Microsoft Powerpoint proqramının digər proqramlara nisbətən üstünlüyü daha yaxşı texnologiyaya və daha çox xüsusiyyətə malik olmasıdır və bir neçə yenilənmiş versiyasının buraxılmasıdır. Powerpoint proqramı yəni təqdimat proqramı həm tədbirlərdə, həm görüşlərdə, həm də siniflərdə görəcəyiniz slayd növlərinin yaradılmasında və göstərilməsində istifadə olunan ən asan yoldur. Bu proqram təqdimatların yaradılması üçün lazım olan bütün funksiyalara malikdir. Təqdimatları Powerpoint proqramında 3 üsulla yaratmaq olar. Bunlara misal olaraq master, şablon və boş təqdimat. Həmçinin Microsoft Powerpoint proqramında slaydlar hazırladığınız zaman onları canlandıra və animasiyalar əlavə edə bilərsiniz.

Microsoft Office Outlook: Outlook proqramı ilə elektron ərizə yollamaq mümkündür. Bu proqramda bunlar istifadə olunur: Elektron poçt, təqvim, tapşırıqlar planı, ünvanlar kitabçası. Ofis proqramlarını bilmək hal hazırda yaşadığımız dövrdə ən əsas amillərdən biridir. Həm iş, həm də təhsil həyatımızda ofis proqramları mühüm rol oynayır. Hər hansı iş yerinə qəbul zamanı ofis proqramları biliyinə və sertifikatına çox önəm verilir.

Kompüter kursları EDU Company

Siz “EDU Company” Təhsil Şirkətində ofis proqramını həm öyrənə, həm də sertifikat əldə edə bilərsiniz. “EDU Company” Təhsil Şirkətində ofis proqramları həm 2 aylıq, həm də 3 aylıq proqram ilə öyrədilir. 2 aylıq proqram sürətləndirilmiş proqram, 3 aylıq proqram isə standart proqram sayılır. 2 aylıq proqram həftədə 2 dəfə 90 dəqiqə olmaqla, 3 aylıq isə həftədə 2 dəfə 60 dəqiqə olmaqla keçirilir. Proqram olaraq sizə Word, Excel, Powerpoint və Windows əməliyyat sistemi öyrədilir. Qeyd edək ki, standart və sürətləndirilmiş proqramın tədrisində heç bir fərq yoxdur. Siz ilk dərsə sınaq dərsi olaraq ödənişsiz gəlirsiniz. Həm müəllimin dərs keçmə metodikası, həm də şirkətimiz ilə yaxından tanış olursunuz. Və növbəti dərsdən qeydiyyatdan keçərək dərslərə başlayırsınız. Proqramı bitirdikdən sonra rəsmi sertifikat əldə edirsiniz. Həmin bu sertifikat özəl və dövlət müəssisələrin hər birində keçərli sayılır və müddətsizdir.


#Kompüter kursları

Sürətli Qeydiyat