09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Kompüter kursları | Ofis Proqramları | EDU Company

Kompüter kursları

Kompüter kurslarında nələr öyrədilir?


Bu gün hər hansı bir şirkətin ofisində və ya müəssisələrdə kompütersiz işləmək mümkün deyil. Bu səbəbdən də siz “0”-dan başlayaraq asan bir üsulla keçirilən və maraqlı metodlarla şirkətimiz tərəfindən tədris olunan kompüter kurslarını   professional şəkildə öyrənə bilərsiniz.

Ofis Proqramları


Ofis Proqramları üzrə biliklərini mükəmməlləşdirmək istəyənlər üçün kompüter kursları dərslərimiz peşəkar müəllimlər tərəfindən ən müasir dərs metodları ilə tədris olunur. “EDU Company” Təhsil Şirkətinin təqdim etdiyi təlim müddəti ərzində dinləyicilər “Windows ” əməliyyat sistemi, “MS Office Word”, “Excel”, “PowerPoint” və “Outlook” proqramları və İnternet Explorer ilə tanış olacaq və həmçinin iş prinsipi və funksiyalarını öyrənəcəklər. 
- Niyə hər kəs bu proqramlarla işləməyi bacarmalı və siz bizim şirkətimizdə  nələri öyrənəcəksiniz?
Ofis proqramları  bu gün ən çox istifadə edilən proqramlardan biridir. Siz hər hansısa iş üçün müraciət etdikdə sizdən mütləq Ofis proqramları biliyiniz tələb olunacaq. Bu proqramlarla ayrı ayrılıqda tanış olaq :
Microsoft Office Word-mətn prosessoru. Müxtəlif sənədlərin hazırlanmasında və redaktəsində istifadə (yazı işləri) edilir. Hazırda dünyada ən populyar proqram hesab olunur.
 Sənədə verilənlərin daxil edilməsi, verilənlərin formatlaşdırılması və onlar üzərində əməliyyatlar
Sənəddə cədvəllərin yaradılması və onlar üzərində əməliyyatlar
Siyahılarla və Avtofiqurlarla iş
Sənəddə hiperəlaqənin yaradılması. Səhifənin parametrlərinin sazlanması
Sənədə obyektlərin daxil edilməsi və onlar üzərində əməliyyatlar
Sənəd üzərində əməliyyatlar
Microsoft Office Excel — cədvəl prosessoru. Əsasən  hesablama işləri aparmaq və müxtəlif məqsədli elektron cədvəllər qurmaq üçün nəzərdə tutlmuş proqramdır 
Xanaya verilənlərin daxil edilməsi, verilənlərin formatlaşdırılması və onlar üzərində əməliyyatlar
Xanaların növü və vərəqlər üzərində əməliyyatlar
İş vərəqinə obyektlərin daxil edilməsi və diaqramlarla iş
Mətn funksiyaları ilə iş. Verilənlərin nizamlanması
Faiz anlayışı. Kitaba qeydlərin daxil edilməsi
Kitabın parametrləri və onlar üzərində əməliyyatlar
Microsoft Office PowerPoint. Bu proqram vasitəsilə təqdimatlar yaradılır. Həmçinin hesabatlar, tezislər, slaydlar bu proqram vasitəsilə edilir. Bundan əlavə təqdimata müxtəlif qrafik komponentlər də əlavə etmək olur
Slayda verilənlərin daxil edilməsi, verilənlərin formatlaşdırılması və onlar üzərində əməliyyatlar
Təqdimatın hazırlanması və dizayn verilməsi
Slayda obyektlərin daxil edilməsi və diaqramlarla iş
Nümayişin parametrlərinin hazırlanması. Mətn formatı ilə iş
Təqdimatın görünüşü rejimləri. Slaydın nümayişi
Təqdimatın parametrləri və onlar üzərində əməliyyatlar
Microsoft Office Outlook — şəxsi kommunikator. Proqrama daxildir: təqvim, tapşırıqlar planı, elektron poçt, ünvanlar.  Bir şəxs 3-4 e-poçta malikdir, bütün e-poçtlara  bu porqram vasitəsilə baxmaq mümkündür. Bu cəhətdən hal-hazırda kifayət qədər çox istifadə olunan proqramdır, istifadəsi çox asandır.
Dərslərimiz əyani və online formatda-qrup və fərdi şəkildə  tədris olunur.  Qrup formasında ikili tədris planımız mövcüddur: 
 1) 3 ay ərzində nəzərdə tutulan proqram: həftədə 2 dəfə 60 dəqiqə 
2) 2 ay (intensiv) həftədə 2 dəfə 1.5 saat və ya 3 dəfə 6 0 dəqiqə olmaqla tədris olunur. İlk dərs sınaq dərsidir və ödənişsizdir. Dərslərimiz tam praktiki şəkildə tədris olunur ,  tələbələrə nəzəri və xüsusilə praktiki biliklər öyrədilir. 

Kompüter kursu sertifikatı

Proqramı uğurla bitirənlərə, SERTİFİKAT təqdim edilir! Sertifikatlarımız hər bir iş yerində keçərlidir. Yəni ölkə daxilində hər bir dövlət və özəl müəssisələrdə sizə faydalı olacaqdır. Sertifikatlarınızın üzərində sizin kursu bitirdiyinizə dair məlumat verilir ki, siz iş yerinə müraciət etdikdə tam zəmanətli şəkildə “EDU Company” Təhsil Şirkətini adından istifadə edə bilərsiniz. 
Bütün bu qeyd olunanlara yiyələnmək və sərbəst formada kompüterdən istifadə etmək istəyirsinizsə şirkətimizdə tədris olunan dərslərə indi qatılın və keyfiyyətli tədrisdən yararlanın! 

Kompüter kursları haqqında daha ətraflı məlumat almaq və daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

EDU Company Kompüter kursları


#Kompüter kursları #Ofis proqramları

Sürətli Qeydiyat