09:00-21:00 İş saatları
Sınaq dərsi istə
İngilis dili səviyyələri - İngilis dili kursu - EDU Company

İngilis dili səviyyələri

İngilis dili

Dünyada ən çox danışılan dillərdən biridə ingilis dilidir. Bir çox ölkədə yayıldığına və bir çox insan tərəfindən istifadə edildiyinə görə ona qlobal dil deyirlər. İngilis dili biznes, media, turizm, elm və ali təhsil kimi bir çox sahədə də aparıcı dil kimi tanınır. Bu dili öyrənmək çox vaxt bir çoxları tərəfindən onların məşğulluq imkanlarını və iqtisadi perspektivlərini yaxşılaşdırmaq üçün bir yol kimi baxılır. İngilis dili beynəlxalq diplomatiyada istifadə olunan əsas dildir. Əsas əhəmiyyətindən biridə dünyada sülhün yaradılmasına kömək etməkdir.

İngilis dili 6 səviyyədən ibarətdir:

  1. Başlanğıc səviyyə (A1, A2)- Beginner və Elementary
  2. Orta səviyyə (B1, B2- Pre- İntermediate və İntermediate
  3. Akademik səviyyə (C1, C2)- Upper- İntermediate və Advanced

İngilis dili beginner (A1) səviyyə 

Beginner (A1) – Bu səviyyədə insanlar ingilis dilini öyrənməyə çalışırlar. Bu səviyyədə olan insanlar ingilis dilindənya qismən bilirlər,ya da heç anlayışları olmur, sadə söz və ifadələri istifadə edə bilirlər. Bu səviyyədə olan şəxslər özlərini qısa bir şəkildə tanıdacaq biliyə sahib olurlar.

İngilis dili elementary (A2) səviyyə 

Elementary (A2) – Beginner səviyyəsinin bir üst səviyyəsidir. Bu səviyyədə olan insanlar sadə əsas quruluşda qurulan  cümlələri çətinlik çəkmədən anlaya bilirlər. Maraqlandığı sahələrlə bağlı bildiklərini başa düşüləcək şəkildə anlada bilirlər.

İngilis dili pre-intermediate (B1) səviyyə 

Pre-İntermediate (B1) – Bu səviyyədə olan insanlar özlərindən çox gözəl bəhs edə bilər. Çox əhatəli olmasa da sadə formada yuxularını anlada, istədiklərini dilə gətirə bilərlər. Yazılanı anlaya və danışa bilərsiniz.

İngilis dili intermediate (B2) səviyyə 

İntermediate (B2) – Bu səviyyədə ana dili ingilis dili olan insanlarla başa düşülən səviyyədə ünsiyyət qurmaq mümkündür. Digər səviyyələrdən fərqli olaraq daha qarışıq sözləri, cümlələri başa düşüb cavab vermək olar. Əgər bu səviyyədəsinizsə rahatlıqla deyə bilərsiniz.

İngilis dili upper intermediate (C1) səviyyə 

Upper- İntermediate (C1) – Bu səviyyədə ağlınızdan keçən fikirləri rahatlıqla izah edə bilir, bir mətni oxuyub asanlıqla tərcümə edə bilərsiniz.

İngilis dili advanced (C2) səviyyə 

Advanced (C2) – Üstün səviyyədə ingilis dilini bilmə səviyyəsidir. Qısa olaraq desək, istər İngiltərə , istərsədə Amerika kimi rəsmi dili ingilis dili olan, istərsədə fərqli dildə danışan hər hansı bir ölkədə rahatlıqla yaşayacaq qədər İngilis dili bilirsiniz deməkdir.

Müasir dünyada qlobal dil statusunu qazanmış ingilis dilinin dövrün tələblərinə uyğun olan səviyyədə tədrisidə xüsusi əhəmiyyət kəsb edir. Bu gün ingilis dili Azərbaycanın həm orta, həm də ali məktəblərində keçirilən ən əsas fənlərdən biridir. Hal-hazırkı dövrdə ingilis dilini bilmək vacib şərt kimi irəli sürülür. Ölkəmizdə də ingilis dilinin öyrənilməsinə maraq gün-gündən artmaqdadır.  EDU Company Təhsil Şirkəti olaraq əsas vəzifələrimizdən  biri dünyada qloballaşan, ünsiyyət vasitəsi kimi qəbul edilmiş ingilis dilinin öyrədilməsi və öyrənilməsinin səmərəliliyini artırmaqdır.

İngilis dili kursu

EDU Company Təhsil Şirkətində ingilis dili dərsləri müxtəlif metodlar əsasında tədris olunur. Dərslər danışıq üzrə qurulur, oxuma,dinləmə,yazma əsasında keçirilir. Dərslər həftədə 2 dəfə və həftədə 3 dəfə olmaqla keçirilir. Həm əyani, həm onlayn, həm də qrup və fərdi şəkildə tədris olunur. Qrup şəklində olan dərslərdə tələbə sayı max 5-6 nəfər olur. Buda tədrisin keyfiyyətli tədris olunmasına dəlalət edir. İlk dərslər ödənişsiz sınaq dərsi olur. Sınaq dərsinə gələn tələbələr heç bir ödəniş etmədən ilk dərsdə iştirak edib dərsin keçilmə qaydası ilə, müəllimin dərs keçmə metodikası ilə yaxından tanış olur. Bəyəndikdən sonra artıq tələbənin qeydiyyatı edilir. Həmçinin sınaq dərsi zamanı müəllimdə tələbənin dil səviyyəsini yoxlayır. Tələbə qeydiyyatdan keçdikdən sonra dil səviyyəsinə uyğun qruplarda yerləşdirilir. Onlayn dərslər zoom proqramı vasitəsilə keçirilir. Dərs zamanı dərsin video görüntüləri qeyd edilir və dərs bitdikdən sonrada hər bir tələbəyə göndərilir. Tələbələr istədikləri zaman video görüntülərə daxil olub baxa bilərlər. Bir səviyyədən digərinə keçdikdə imtahan verirlər və imtahan nəticələrinə uyğun qızıl, gümüş, bürünc rəsmi sertifikat əldə edirlər. Sertifikatlarımız universal xarakter daşıyır, həm özəl ,həm də dövlət müəssisələrində keçərlidir. Və sertifikatlarımız bir üstün cəhətidə odur ki, üzərində identifikasiya (QR) kod olur. Tələbələr bu kod vasitəsilə istənilən zaman internet səhifəmizə daxil olaraq sertifikatlarına baxa bilərlər.

İngilis dili haqqında daha ətraflı mçəlumat üçün linkə daxil olun:

EDU Company ingilis dili hazırlığı


#İngilis dili #Hazırlıq

Sürətli Qeydiyat