İbtidai sinif hazırlığı 1-2-3-4 cü sinifləri əhatə edir. Azərbaycanda bu təhsil 6 yaşdan başlanır 4-cü sinifə qədər davam edir. Bu mərhələni uğurla başa vuran şagirdlər ümumi orta təsil pilləsində təhsil almaq hüququ qazanırlar. İbtidai təhsil uşaqların ümumi təhsilinin ilkin mərhələsidir. İbtidai təhsil alan uşaqlar ətraf mühit haqqında ilkin biliklər əldə edirlər.Ünsiyyət və tətbiqi məsələləri həll etmək bacarıqlarına yiyələnirlər. Bu mərhələdə uşağın şəxsiyyəti formalaşmağa və inkişaf etməyə başlayır. Bu da ibtidai təhsilin cəmiyyət üçün əsas amilidir.
Azərbaycanda qəbul edilmiş ümumi təhsil konsepsiyasına görə ibtidai təhsili başa vuran şagird aşağıdakıları bacarmalıdır:
Zəruri riyazi bilikləri həyatda tətbiq etməyi və sadə alqoritmləri yerinə yetirməyi, kompüter texnikasından istifadə etməyi, vərdişlərini tətbiq etməyi, öz vəzifələrini yerinə yetirməyi, özünün və digərlərinin hüquqlarına hörmət etməyi, Azərbaycan xalqının dili, əxlaqi-mənəvi dəyərləri, milli adət-ənənələri, tarixi, mədəniyyəti, incəsənəti haqqında qazandığı ilkin bilikləri sadə formada təqdim etməyi, yaşına uyğun bədii, elmi-kütləvi və məlumat xarakterli mətnləri oxumağı, mətndəki əsas məzmunu ayırmağı və ona öz fikrini bildirməyi, lüğətlərdən, məlumat xarakterli kitablardan istifadə etməyi, insanlara, təbiətə, əməyə, şəxsi və dövlət əmlakına ədalətli, qayğıkeş və tolerant münasibət bəsləməyi, gerçəkliyi estetik qavramağı.
Məktəbəqədər hazırlıq qruplarında şagirdlər orta təhsilə müəyyən qədər hazırlanırlar. Bu, ibtidai təhsildəki çətinliklərin öhdəsindən gəlməkdə onlara yardımçı olur.
Bəs qanunvericiliyə əsasən, ibtidai təhsilini başa vuran məktəblinin hansı interaktiv bilik və bacarıqlara malik olması mütləqdir?
İbtidai sinif şagirdinin həmçini məntiqi düşünmək, başqasının fikrinə münasibət bildirmək, müşahidə etdiyi obyekt və hadisələri təsvir etmək, onları səciyyəvi əlamətlərinə görə fərqləndirmək bacarıqlarının olması mütləqdir.
O, hansı xarici dilin tədris olunmasından asılı olmayaraq, bu dildə sadə ünsiyyət qura biləcək səviyyədə ilkin biliklərə malik olmalıdır.
Qanunvericilikdə ibtidai sinif şagirdlərinə bir sıra insani keyfiyyətlərin aşılanması da nəzərdə tutulub. Məsələn, IV sinfi bitirənədək ona sadə mədəni davranış, şəxsi gigiyena və zəruri təhlükəsizlik qaydalarına əməl etmək aşılanmalı, başqasının əməyinə həssas, ədalətli münasibət təlqin olunmalıdır.
Edu Company Təhsil Şirkəti bu istiqamətdə uşaqların üzərində çox əhəmiyyətli şəkildə dayanır. Onları sadəcə təhsillə deyildə yuxarıda sadaladığımız bütün xüsusiyyətlərlə tam şəkildə formalaşdırmağa çalışır.
İlk növbədə, valideynlər başa düşməlidir ki, uşağa onun məktəbdə öyrənəcəyi bilikləri öyrətmək lazım deyil, onda təhsil üçün zəminləri, şərtləri inkişaf etdirmək lazımdır. Buna onun təfəkkür aparatı hazır olacaq, uşaqda təhsil üçün motivasiya və öz hərəkətlərinə nəzarət yaranır.
Çox zaman uşaq yaxşı hesablayır, yazır, oxuyur. Lakin bu cür uşaqla yaxından tanışlıq zamanı məlum olur ki, o, təlimatı demək olar ki, ilk dəfədən qavramır. O, ondan tələb olunanı sadəcə eşitmir. Təkrar zamanı o, təlimatı qismən anlayır, növbəti buraxdığı səhv zamanı isə onu düzəltməyə çalışmır. Bu cür uşaq bir şeyi başa düşmədikdə, tapşırığı eşitmədikdə müəllimə müraciət etmək üçün əlini qaldıra bilmir. Bir qayda olaraq, sinifdə iyirmidən artıq şagird olur və müəllim üçün onların hər birinin davranışında nüanslara nəzarət etmək çətin olur. Əgər sadalanmış problemlərə öz fəaliyyətini planlaşdıra, növbəti tapşırığa hazırlaşa bilməməsini əlavə etsək, o zaman məktəbə psixoloji cəhətdən hazır olmayan uşaq portreti yaranır. Buna görə də müəllim və valideynlər məktəb yaşına çatmamış uşağın tərbiyəsində onun bu böyük dünyada uğurlu ictimailəşdirilməsinə səbəb olacaq əlverişli şərtlər yaratmağa çalışmalıdır.
Bununla yanaşı ibtidai sinif hazırlıq prosesində mütləq uşaqlara fərdi yanaşan bir yer seçmək zəruridir. Bu baxımdan Edu Company ən uğurlu nümunədir.