09:00-21:00 İş saatları
Sınaq dərsi istə
İbtidai hazırlıq kursu | İbtidai sinif hazırlığı | EDU Company

İbtidai hazırlıq kursu

İbtidai sinif hazırlığı

“Edu Company” Təhsil Şirkəti olaraq uşaqlarınızın məntiq və təfəkkürünü inkişaf etdirmək, rabitəli nitqini formalaşdırmaq, əylənərək düşünmək bacarığını artırmaq, lüğət ehtiyatını zənginləşdirmək, nitq mədəniyyətinin inkişafını, fiziki və psixi inkişafın formalaşmasını istəyirsinizsə, sizi yeni təhsil islahatı olan KURİKULUM üsulu ilə 1-ci sinfə hazırlıq kurslarına dəvət edirik.

Həmçinin İbtidai sinif hazırlığı kurslarımıza ana dili, riyaziyyat, məntiq, həyat bilgisi və s. daxildir

İbtidai sinif hazırlığı 1-2-3-4-cü sinif şagirdlərinin orta məktəb dərslərini daha yaxşı oxuması üçün nəzərdə tutulmuşdur. İbtidai təhsilin düzgün qurulması çox vacibdir. Biz sizi əmin edirik ki, bizimlə bərabər övladlarınız orta məktəb dərslərini daha yaxşı oxuyacaq və təhsil həyatında çox sayılı uğurlar əldə edəcəkdir, ibtidai sinif şagirdləri ilə işləyən hər bir kəs yaxşı bilir ki, şagirdin bu və ya digər fənni böyük maraq və istəklə öyrənməsinə nail olmaq asan iş deyil və əmək tələb olunur. Az yaşlı uşaqlar çox hərəkətli, diqqəti yayınıqdırlar. Buna görə də şagirdlərin intizamı ilə bağlı çoxlu çətinlik yaranır. Bəs, nə etməliyik? Hansı metodlardan və vasitələrdən  istifadə etməklə tədrisi əyləncəli hala gətirməliyik? Belə şagirdlərə necə yanaşmalıq?

İbtidai sinif hazırlığı proqramı

Proqrama hər üç fənnin məhz Azərbaycan dili, Riyaziyyat, İngilis dili olaraq seçilməsi təsadüfi deyil. Təbi ki, bir Azərbaycanlı kimi hər bir kəsin öz ana dilini mükəmməl bilməsi onun ən vacib borcudur. Riyaziyyat fənni isə öz əhəmiyyəti baxımından bütün digər fənlərin açarı hesab olunur. Elmi texniki tərəqqinin inkişafı ilə “darlaşan” dünyanı isə İngilis dili olmadan təsəvvür belə etmək çox çətindir. Xüsusi olaraq onu da qeyd etmək istəyirik ki, bu üç fənn gələcək dövrdə, universitetlərə qəbul zamanı şagirdlər üçün baza biliklərin formalaşmasını təşkil edəcək.                

      Nəyə görə “Edu Company” Təhsil Şirkəti

  • ✅ Ödənişsiz, hədiyyəli sınaq imtahanları
  • ✅ Peşəkar, ixtisaslaşmış müəllimlər
  • ✅ Valideyn iclasları
  • ✅ Bütün mövzular üzrə çətinliklərin aradan qaldırılması
  • ✅ Çay fasiləsi
  • ✅ İnteraktiv və innovativ dərs metodları
  • ✅ Bir-birindən maraqlı ekskursiyalar, gəzintilər
  • ✅ Əyləncəli dərslər
  • ✅ Sanitar qaydalara uyğun otaqlar
  • ✅ Bayram və əlamətdar günlərdə tədbirlərin təşkili
  • ✅ Film və cizgi film saatları

Müəllimlərimizin iş öhdəlikləri

1. Şagirdlərin təhsil və təlim yollarını müəyyənləşdirmək üçün pxisoloji və pedaqoji diaqnostika aparmaq

2. Tədris planına və öz dərs cədvəlinə uyğun olaraq  tədris yükünə görə təyin olunan siniflərdə (qruplarda) təməl və seçmə dərsləri həyata keçirmək

3. Müasir texnologiyalardan istifadə edərək fərdin yaş xüsusiyyətlərini nəzərə alaraq  Azərbaycan xalqının tarixinə, milli-mədəni dəyərlərinə  hörmət hissi yaratmaq

4. Əmək funksiyasını vicdanla yerinə yetirmək

5. Əmək intizamına  və etik davranış  qaydalarına  əməl etmək

6. Dövlətin təhsil siyasətini yerinə yetirmək

7. Təhsil və tərbiyə alanların tədris və tərbiyə işini dövlət standartları səviyyəsində mənimsəməsi üçün zəruri  şərait yaratmaq

8. Pedaqoji etikaya, əxlaqa riayət etmək, bilik və bacarığını şagirdlərdən və müəllim yoldaşlarından əsirgəməmək, tədrisin təşkilində  yenilikləri yaradıcılıqla  tətbiq etmək

9. Müəllim-şagird münasibətində mənəvi dəyərlərə hörmət etmək,tədris intizamına ciddi riayət etmək

10. Metodiki və Pedaqoji araşdırmalar aparmaq

11. Kursun əmlakına  vicdanlı münasibət bəsləmək

12. Özünü ləyaqətli aparmaq

İbtidai sinif müəllimliyinin gələcəyindən söz açsaq ,qeyd edə bilərikki, dümya və cəmiyyət  var olduqca müəllimlik peşəsinə ehtiyac duyulacaqdır. Çünki bugünkü və gələəcəkdəki ixtisaslı kadrlar  müəllimlər tərəfindən  yetişdirilir. Nə qədərki cəmiyyət var, uşaqlar var, o vaxta qədər də öz işini bilən peşəkar müəllimlərə tələbat olacaqdır. Çünki peşəkar müəllimlər savadlı uşaqlar hazırlayaraq sağlam gəncliyin  təməlini  qoymuş olur və eyni zamada müqəddəs peşələrdən hesab olunur.


#Hazırlıq

Sürətli Qeydiyat