İlk öncə EDU Company Təhsil Şirkətinin inkişaf tarixindən danışaq.
İstər müasir dərs keçmə metodu baxımından, istərsə də qabaqcıl təhsil müəssisələrinin iş strukturu bu işə öz imzasını atmaqdadır.Bu baxımdan Edu Company Təhsil Şirkəti sayılıb seçilən elm ocaqlarından biridir.
2013-cü il 5 oktyabrdan fəaliyyət göstərən EDU Company Təhsil Şirkəti , 10 ildir təhsilə dair bütün sahələrdə mükəmməl xidmət göstərən , tam məsuliyyət və səylə çalışaraq ölkədəki təhsil müəssisələri arasında ön sıralarda öz yerini tutub.
Edu Company Təhsil Şirkəti hal-hazırda 10 filialı ilə vətəndaşlara xidmət edir.
Edu Company Təhsil Şirkətində müəllimlərin işə qəbulu 3 əsas mərhələ əsasında aparılır; ilkin mərhələ test mərhələsi, daha sonra açıq dərs və müsahibə mərhələsindən keçən müəllimlər şirkətimiz tərəfindən işə götürülür. Həmçinin,ilkin müəllim qəbulu mərhələsində pedaqoji peşə üzrə keyfiyyətlərin qazanılmasını diqqət mərkəzində saxlayır. O cümlədən ünsiyyət bacarıqlarının formalaşdırılması, bütün şagirdlərə açıq və dözümlü münasibətin nümayiş etdirilməsi :
-Fənnlərin və müvafiq tədris proqramlarının mənimsənilməsi:
-Sinifinin idarə olunması və qiymətləndirmə bacarıqlarının formalaşdırılması kimi halları əsas götürür.
Belə ki, abituriyent hazırlığı sahəsində onlayn valideyin nəzarət sistemi təşkil olunub ki, bu sistem vasitəsilə valideyinlər övladlarının dərsə hazırlıq, davamiyyət, müəllimlərin övladı haqqındakı fikirlərini izləyib görə bilir. Eyni zamanda sınaq imtahanı və quiz nəticələri də ora yerləşdirilir. Bu sistem vasitəsilə valideyinlər evdə oturaraq uşaqlarına tam ciddi nəzarət edə bilir. Bu baxımdan il boyu keçilən dərslərimizin keyfiyyəti, sınaq imtahanlarında uşaqların şəffaf nəticəsi aşkar şəkildə təqdim olunur. Artıq valideyin övladı haqqında tam qərar verə bilir,hazırlığa davam etsin nəticəsi olacaq ya yox. Bu proqram valideyinlərə rahat şəkildə ili başa vurmağa , keçilən dərslərdən əmin olmağa imkan verir.
Şübhə yoxdur ki, öyrənənin inkişafında öyrədənin (müəllim, mentor və s.) rolu əvəzsizdir. Müəllim yalnız hazır bilikləri verməklə kifayətlənməməli, təlim prosesinin mərkəzində durmamalı, şagirdlərin şəxsiyyət kimi inkişafına şərait yaratmalı, onlarla əməkdaşlığa, qarşılıqlı hörmət və anlaşmaya üstünlük verməli, şagirdləri fəallaşdırmalı, təlimi onun maraq və tələbatına uyğun qurmalıdır.
Dərslərimiz hər fənn həftədə iki dəfə olmaqla səksən dəqiqə şəklində tədris olunur. Zaman itkisi olmadan uşaqlar qısa fasilələrlə bir dərsdən digərinə girir və beləliklə yolda zaman itkisi, yorğunluq kimi hallarlada qarşılaşmır. Fənn hazırlığı sahəsində dərs tədris edən müəllimlərimiz gənc və təcrübəli kadr heyətindən təşkil olunub ki, bu da uşaqlarda həm dərsə həvəs oyadır, həm də əylənərək öyrənməyə yardımcı olur. Müasir formada təsis olunmuş proyektorlu otaqları, hər növ ofis avadanlıqları, dərs vəsaitləri tam rahat şəkildə dərs tədris olunmasına imkan verir. Bütün bunlardan əlavə uşaqlarda dərsə maraq oyatmaq məqsədi ilə müxtəlif hədiyyəli yarışlar və gəzintilər təşkil olunur.
EDU COMPANY-də təhsilin özəyini təşkil edən təkmilləşdirmə sahəsi sonrakı illərdə abituriyent hazırlığında uşaqların təməl bazasını formalaşdırmağa çox yardımçı olur. Çünki 9cu sinif buraxılış imtahanları əsasən azərbaycan dili, riyaziyyat və ingilis dili üzrə tədris olunduğu üçün 5-6-7-8ci siniflərdən hazırlığa başlamaqda çox vacibdir.
EDU Company Təhsil Şirkətinin hər hansı bir filialına gedən müştəri özünü evindəki kimi hiss edə bilir. Gülərüz, səmimi kollektivimiz, hər valideyinə və uşağa fərdi yanaşması olan peşəkar əməkdaş heyətimiz sayəsində, yaşından asılı olmadan hər bir kəs razı şəkildə yola salınır.
Peşəkar əməkdaş kollektivi gələn bütün qonaqları səmimi, mehriban bir təbəssümlə qarşılayaraq, onları evinə ən əziz qonağı gəlmiş kimi hiss etdirir. İstədiyini tam şəkildə verənə qədər səbirlə dinləyib, hörmətlə yola salır.
İstər əməkdaş, istər müəllim, istərsədə rəhbərlik sistemi düzgün, peşəkar təşkil olunmuş EDU Company Təhsil Şirkəti gələcəkdə böyük nəaliyyətlərə imza atacağına, böyüyüb bütün ölkə ərazisinə yayılacağına əsaslı şəkildə ümid vəd edən uğurlu bir təhsil şirkətidir.