09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Ərəb dili kursu | EDU Company Ərəb dili

Ərəb dili kursu

Ərəb dili dərsləri

Dil öyrənərkən ilk öncə məqsədi bilmək lazımdır. Bu dil sizə nə üçün lazımdır ? İnsan məqsədli  və sistemli şəkildə dil öyrənməyə başlayanda həmin dili öyrənmək dahada asanlaşır. Ərəb dilini öyrənmək istəyirəm dedikdə bilmək lazımdır. Sizə ərəb dilinin hansı bölümü lazımdır. Cünki bütün dillər kimi Ərəb dili də çox şaxəli bir dildir. Bir dili dərindən öyrənmək üçün insan ömrü belə kifayət etmir.  Ərəb dili  BMT-nin 6 rəsmi və işlək dilindən biridir və dünyanın ən qədim və ən gözəl dillərindəndir.

Ərəb dili üç bölümdən ibarətdir.

  1. Xalqın istifadə etdiyi günlük məişət dil.
  2. Mətbuat və televiziyada istifadə edilən dil.
  3. Qurani-Kərim,Klassik İslam ədəbiyyatını anlamaq üçün istifadə edilən dil.

Ərəb dilinin standart versiyası həm yazıda , həm də danışıqda bütün  ərəbdilli dünyada istifadə olunan dildir. Quran dili olan klassik ərəb dilinə əsaslanır, lakin müasir istifadə üçün sadələşdirilmişdir.

EDU Company Ərəb dili

“ EDU Company ” Təhsil Şirkətinin vahid tədris proqramı varki, dərslər həmin proqrama əsasən tədris olunur. İlkin olaraq qeyd etmək lazımdır ki, dərslərimiz danışıqın təkmilləşdirilməsi yönümündə keçirilir. İlk dərs ödənişsiz sınaq dərsidir. Tələbə sınaq dərsində müəllimin metodikası ilə daha yaxından tanış olur və tələbədə ilkin təəssürat yaranır ki, mən bu dili öyrənə bilərəmmi? Nə qədər müddətə öyrənə bilərəm ? Və bu zaman müəllim tələbənin bilik səviyyəsini müəyyən edir. Bizim tədris müəssisəsində qrup və fərdi halda dərslər var. Qrup şəklində dərslər qruplaşdırma formasında aparılır. Bu nə deməkdir ? Yeni qruplaşma olduqda tələbənin bilik səviyyəsinə görə qruplaşdırılır. Bazası olmayan  tələbə ilə bazası olan tələbə eyni qrupda olmur. Çünki bildiyiniz kimi zəif və güclü tələbələr biri-birinə təsir edir. Və bu halda təhsilin keyfiyyətindən söz gedə bilməz. Qrup halında dərslər 3-5 nəfərdən ibarət olur. 5 nəfərdən artıq tələbənin iştirakına qrup daxilində icazə yoxdur. Çünki 5 nəfərdən artıq tələbə olduqda təhsilin keyfiyyəti aşağı düşür və hər bir tələbəyə dərs müddətində individual şəkildə yanaşılır. Əyani və onlayn formada dərslərimiz mövcuddurki, eyni metodika ilə dərslər tədris olunduğu üçün keyfiyyətdə eyni olur. Onlayn şəkildə isə dərslərimiz Zoom proqramı vasitəsilə tədris olunur.

Ərəb dili kursunun müddəti 3-6 aydır. Buna ikitərəfli yanaşılır . Yəni bazası olan tələbə ilə bu müddət dəyişir. Siz bu müddət ərzində ərəbcə danışmağı, yazmağı, sinxron və yazılı  tərcümə etmək kimi biliklərə yiyələnmiş olacaqsınız. Söz ehtiyatına sahib olmaq, dil öyrənmənin önəmli bir parçasıdır. Bütün qramatik qaydaları bilsəniz belə, lazımi miqyasda söz ehtiyatınız olmasa, oxuduğunuzu anlaya bilməzsiniz. Bu müddət ərzində sizin söz bazanız  3000 ilə 4000 kəlimə arası olacaqdır. Dərslərimiz həftədə 2 dəfə 90 dəqiqə və ya 3 dəfə 90 dəqiqə olmaqla tədris olunur. Lakin bu formal xarakter daşıyır. Həftə sonu danışıq və təkmilləşdirmə dərslərimiz var ki tamamilə ödənişsizdir.Hər bir tələbə istəyirki sonda nəticə əldə etsin. Biz və müəllimlərimiz   hər bir tələbəyə proqramı keyfiyyətli şəkildə başa vurması üçün əlimizdən gələn hər bir köməkliyi edirik. Proramı başa vurulduqdan sonra hər bir tələbə imtahan verir. İki mərhələdən ibarət olur ; yazılı və danışıq. Yəni tələbələrimizin təhsil aldığı müddət də həm yazı, həm də şifahi danışığının hansı səviyyədə inkişaf edib irəliləməyinin nəticəsini göstərir. İmtahanı keçən tələbəyə rəsmi sertifikat veririk ki , bu sertifikat bütün dövlət və özəl müəssisələrdə tanınır.

“EDU Company “  Təhsil Şirkəti olaraq çalışırıq ki ,ərəb dilini öyrənmək istəyən tələbələrə maxsimum şərait yaradaq. Siz də ərəb dilini peşəkar müəllimlərdən öyrənmək istəyirsinizsə elə indi “EDU Company “  Təhsil Şirkətinə müraciət edin.

Ərəb dili kursları haqqında daha ətraflı məlumat üçün linkə daxil olun:

EDU Company ərəb dili hazırlığı


#Ərəb dili

Sürətli Qeydiyat