09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Ərəb dili dərsləri | Ərəb dili kursu | EDU Company

Ərəb dili dərsləri

Ərəb dili

    Ərəb dili Sami dillərin Cənub qrupunun Şimal bölməsinə daxildir. 28 hərfdən ibarət olmasına baxmayaraq çox zəngin metodlara malik bir dildir. Ərəb dilinin tarixi 3 inkişaf mərhələsindən keçmişdir. Qədim ( V əsrədək), Klassik (V-XVIII), Müasir (XIX əsrdən indiyədək) .

    Dövrümüzdə istifadə olunan ərəb dili Müasir ərəb dilidir. Müasir ərəb dili klassik üslubu özündə inkişaf etdirərək, bu günümüzədək inkişaf edən üslubdadır.

   Yazı gözəlliyi və sağdan sola istiqamət formulu ilə digər dünya dillərindən bir daha fərqlənir. Ərəb əlifbasında əlyazma və çap modeli , böyük və kiçik hərflər mövcud olmur. Hərflərin yazılışı sanki naxışa bənzər gözəlliyə malikdir. Bu sahədə ərəb dili üzrə danışıqdan əlavə yazı üzrə sənətkarlıq da (xəttatlıq) inkişaf etməkdədir.

     Məftunedici bir dil olaraq ərəb dili günümüzdə bir çox millətləri özünə cəzb etməyi bacarmışdır.  Dilin əsas cazibəsi isə Qurani-Kərimin bu dildə nazil olmasıdır ki, Quran ərəb dilindəki sözləri qrammatik qaydada ən gözəl fəsahət və bəlağətdə özündə əks etdirərək bu günə kimi dilin təhriflərə məruz qalmasından qorunmasına səbəb olmuşdur.

    Ərəb dilinin inkişaf etməsi dövlətlər arası iqtisadi, siyasi əlaqələrin qurulmasında özünəməxsus yer tutur. Beynəlxalq əlaqələrdə dünya dilləri arasında ikinci yer tutan ərəb dili bu günün tələbatına çevrilməkdə davam edir. Ərəb dili günümüzdə gəzinti zamanı, ticari əlaqələrdə , dini ziyarətlərdə ehtiyac duyulan dil ünsürü olmuşdur.

 

Ərəb dili kursu

      Bu gün biz EDU Company Təhsil Şirkəti olaraq Ərəb dilini tələbənin daha asan öyrənib mənimsəyəcəyi bir çox fərqli metodikalardan istifadə etməklə tədris edirik.

     İngilis və rus dilləri hazırda məktəb və universitetlərdə tədris olunduğu üçün hər bir tələbədə müəyyən bir səviyyədə baza olur. Qeyd etdiyimiz xarici dillərdən fərqli olaraq , ərəb dili belə deyil. Buna görə də bu dilin öyrənilməsinə 0-da yəni, hərflərdən başlanılır. Ərəb dilini mükəmməl öyrənmək üçün minimum 6 ay tələb olunur.

 

Ərəb dili səviyyələri

Ərəb dilinin səviyyələri aşağıdakılardır:

0 səviyyə -  Ərəb dilinin əlifbası.Hərflərin oxunuşu və yazılışını öyrənməkdən başlayaraq, müstəqil oxuya qədər.

I səviyyə - oxunuş və yazıdan başlayaraq ,qrammatik qaydaların öyrədilməsi, mətnlərin oxunuşu, tərcüməsi, kiçik dialoqların qurulması (danışıq)

II səviyyə - Sərf (sintaksis) və Nəhv (morfologiya) elmlərindən qrammatik qaydaların tətbiqi , oxunuş, yazı, tərcümə. Sərbəst dialoqların quruluşu.

III səviyyə - Nəhv üzrə mətnlərin oxunuşu, tərcümə, yazılışı. Ərəb ölkələrinin ləhcəsi ilə tanışlıq və danışıq.

 

Ərəb dilinin əhəmiyyəti

    Xarici dil bilmək bir çox baxımdan insan üçün əhəmiyyətlidir. Ölkələrin mədəniyyəti ilə yaxından tanış olmaq, musiqini anlayaraq dinləmək, filmlərə alt yazısız, tərcüməsiz baxmaq kimi üstünlükləri var.

   Hər bir millətin özünəməxsus mədəniyyəti olduğu kimi ərəb ölkələrinində əsrarəngiz və çox maraqlı adət- ənənələri, fərqli mədəniyyətləri var. İlk öncə ərəblər ailə fərdləri içində böyüklərə xüsusi ehtiram bəsləyərək, kiçikləri tez-tez sevindirməyi sevirlər. Ərəblərdə hər hansısa bayram özü adətən bir bayrama çevrilir. Tam bu abu havada qeyd olunur.Yəni bayramlar təmtəraqlı, xüsusi milli geyimlər ilə müşayiət olunaraq böyük və kiçiklərə ayrı-ayrılıqda xüsusi atributlar keçirilir. Böyüklər bayramlarda ərəblərə məxsus milli paltarlar geyinərək kiçiklərə maraqlı oyunlar hazırlayır və hədiyyələr verirlər. Övladlar valideynlərə, həyat yoldaşı xanımına ,bacılar və qardaşlar bir-birlərinə dəyərli hədiyyələr bəxşiş edirlər.

   "EDU Company" Təhsil Şirkətinin Nərimanov filialında ərəb dili çox yüksək keyfiyyətlə tədris edilir. Bu dilin sirləri tələbələrə 2 il Azərbaycanda fərdi dərs keçdikdən sonra , Suriyanın Şam (Dəməşq) şəhərində 5 il “Vilayə” Elmi Mərkəzində təhsilini davam etdirmiş mütəxəssis müəllimimiz tərəfindən öyrədilir. Müəllimimiz “Qurani-Kərim” tərcüməsi, ilahi şerlərin oxunuşu üzrə ixtisasını növbəti illərdə daha da genişləndirmişdir. 


#Ərəb dili

Sürətli Qeydiyat