09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Ən yaxşı Ərəb dili kursu | EDU Company

Ən yaxşı Ərəb dili kursu

ƏRƏB DİLİ

Müasir ərəb dilini öyrənmək günümüzdə inkişafa doğru addımlayan ölkələrdə zərurət halına çevrilmişdir. Dünya dilləri içində özünəməxsus cazibəsi olduğu üçün millətlərin marağına səbəb olmuşdur.

  Ərəb dilini öyrənməyə başlayırıq dedikdə istiqamətinizin diqqət mərkəzi – sağ tərəfiniz olur. Bir çox dillərdə olduğu kimi sol tərəfdə yazıya öyrəşildiyi üçün sağ istiqamətinə yönəlmək bir qədər çətin olur. Özünəməxsus gözəlliyi olan ərəb hərfləri xəttatların sənət əsərləri kimi də istifadə olunur. Bir-birinə adətən sarılan hərflər sətirdə sanki hörgü ilə hörülmüş lövhəyə bənzəyir.

  Tələffüzü , yazılışı , oxunuşu fərqli olan ərəb dili nə qədər çətin görsənsə də biz ərəb dilini əlimizdən gələn qədər rahat bir üslubda öyrətməyə cəhd edirik. Ərəb dilini öyrənən tələbələr ilk olaraq yazı, oxu,tərcümə sahəsində ilk addımlarını uğurla atırlar. Sonradan israrla tələb olunan dinləmə və ünsiyyət hissəsinə qədəm qoyurlar. Bu dilə yiyələnmək üçün həyatınızı ərəb dünyası kimi rəngarəng etməyiniz zəruridir. Hər tərəfli ərəb sözlərinə qərq olmalı və ərəblərin böyük və maraqlı aləminə mənəvi səyahət etməliyik.

   Ərəb dünyası dedikdə gözümüzün önündə həyata daha çox pozitiv enerji ilə baxan səyahət və gəzzintidən xüsusi zövq alan , təm-təraqlı məkanların xüsusi qonaöı olan ərəblər gəlir. Şərq aləmində özünəməxsus bir aləm yaradan və tayı bərabəri olmayan gözəlliklərin məftunu olan - ərəblər

  Adət- ənənələrinin keşiyində olaraq , özünəməxsus qayda- qanunlara ciddi riayət edən ərəblər digər millətlərə münasibətdə şox fərqlənirlər. Maraqlı və müxtəlif dada malik təamları ərəb mədəniyyətində bir daha özünü büruzə verir. Əsasən təbii qidalanmaya digər millətlərlə müqayisədə  , ərəblər daha şox üstünlük verir. Sağlam qidalanmaya riayət etmək adət ənənədə xüsusi yer tutur. Ərəblər adətən səhərlər və günortalar normal yeməklərdən istifadə tsələr də çam yeməyini çox vaxt təxirə salaraq yemirlər. İstifadə etdikləri məhsulları ucuz deyil ,daha çox keyfiyyətli və qiymətli olanını seçirlər.

Ailə qurduqları zaman isə oğlan evi qız evindən cehiz istəmir. Gəlini öz evinə baş tacı olaraq gətirirlər. Gəlinə toy etmək, hədiyyələrə qırq etmək , gəlinin evində lazım olan avadanlıqları cəm edərək evini bəzəmək oğlanın və onun qohum əqrabasının köməkliyi ilə olur. Qız ailəsinin dəstək olması isə oğlan ailəsinə ayıb hesab olunur.

  Hər hansı ərəb ölkəsinə səyahət etmək istədikdə , öncə zəruri ifadələri öyrənsək daha rahat və uğurlu münasibət qurmuş olarıq. İsti münasibət qurmağa başlamaq üçün ərəblərin məşhur kəliməsi - əhlən və səhlən olsa da, dünyanın hər bir yerində müsəlman millətlərin bir-birinə əssələmun əleykum , salam sözünü istifadə etməsi mehribanlığın , mərhəmətin simvolu olaraq qalır və qalmaqdadır.

ƏRƏB DİLİ kursu

   Dünyanın içində bir dünya yaradan Ərəb dünyası, müxtəlif adət-ənənələrlə, mədəniyyətlərlə əhatə olunmuşdur.Adətən bayramları təmtəraqla , el şənliklərini isə təmtəraqdan uzaq, daha çox sadə və artıq israfdan uzaq olaraq təşkil edərlər. Bayramların əsas qəhrəmanı azyaşlıların sevinci, hədiyyələrləkövrək qəlblərə sevinc bəxş etmək ərəblərin əvəzolunmaz bayram adıt ənənələrindən hesab olunur.

  Biz nə vaxt ərəblə rastlaşsaq özünəməxsus qüruru olan bir insan siması ilə üz-üzə durmuş oluruq.Bu vüqar, özünə güvən,hədsiz inamın arxasında misilsiz bir mədəniyyət, zəngin adət-ənənə və təbii ki, əvəz olunmaz islam aləmi təcəssüm olunur.

  Ərəb dilini öyrənməklə sizə bütün ərəb dünyasının əsrarəngizliyini öz dillərində yazılmış materiallarla daha dərindən və dəqiq öyrənmək imkanı yaranar. Nərimanov filialında ərəb dili dərsləri Səidə xanım Səmədova tərəfindən tədris edilir. Ərəb dilini təcrübəli müəllimədən rahat metodik üsullarla mənimsəmək istəyirsinizsə, "EDU Company" - yə  müraciət edə bilərsiniz. 

 


#Ərəb dili

Sürətli Qeydiyat