Tədris Mərkəzimizdə öyrədilən Mühasibat uçotunun 4 aylıq proqramına daxil olan vergi hissəsinin bölmələrindən biri də e-taxes.gov.az portalında yer alan E-bəyannamə,ƏDV-DH və ŞHV-dir. Bu bölməyə daxil olarkən mühasib onlayn kargüzarlıq bölməsində olduğu kimi Asan-İmza və yaxud Kod-parol-şifrə bölməsindən istifadə edə bilər. Daxil olduqdan sonra qarşımızda açılan yeni səhifədə e-bəyannamə, məlumat axtar, dəyişiklik və etibarlı çıxış bölmələri əks olunur. ƏDV ödəyicilərində isə bu bölmədə Sadələşdirilmiş vergi ödəyicilərindən fərqli olaraq ƏDV depozit hesabı da yer almaqdadır.
E-bəyannaməyə daxil olaraq biz paket göndərə,paket axtara,bəyannamə axtara və eləcə də online sadələşdirilmiş vergi hesabatını online şəkildə vergiyə təqdim edə bilərik. Paket göndər düyməsini sıxaraq Bəyannamə Tərtibatı Proqramında qeyd edib paketlədiyimiz hesabatları seçərək vergiyə təqdim edirik. Paket axtar bölməsində bizə təqdim edilən dörd seçimdən yalnız birini seçməklə paketi axtara bilərik.Axtardığımız paketi isə müvafiq olaraq komputerimizə endirib üzərində qeyd etdiyimiz məlumatların dəyişikliyini həyata keçirə bilərik.Bəyannamə axtar bölməsi paket axtar bölməsindən fərqli olaraq bizə daha çox seçim imkanı yaradır. Bu bölmədə isə istənilən qədər kriteriyaları seçib ona müvafiq olan göndərdiyimiz hesabatı axtara bilərik.Kriteriyalara isə tədiyyə növünün,tarixin,hesabatın vəziyyətinin və s. seçimi daxildir.Bəyannamənin axtarışı yekunlaşdıqdan sonra açılan yeni səhifədə hesabatın cari və yaxud dəqiqləşdirilmiş olduğunu,eləcə də vergi ödəyicisinin VÖEN-ni,hansı vergi orqanına tabe olduğunu,hesabatın göndərilmə vaxtını və adını asanlıqla tapmaq mümkündür.Online sadələşdirilmiş bəyannamə bölməsində adından göründüyü kimi Bəyannamə Tərtibatı Proqramından istifadə etmədən online şəkildə sadələşdirilmiş hesabatı işləyib vergiyə təqdim edə bilərik.
Məlumat axtar hissəsində yer alan ilk bölmə Şəxsi hesab vərəqə bölməsidir.Bu bölmədə biz Vergi və DSMF qarşısında olan borclarımızı görmüş oluruq.Hesabat təqdim edildikdə yaranmış borclar bu bölmədə öz əksini tapmış olur.Ödəniş etdikdə isə eyni anda hesablanmış borclar sıfırlana,eləcə də artıq ödəməmiz də yarana bilər.Əsas borclardan əlavə hər bir borcun vaxtında ödənilməməsinə görə penya (faiz) qalığı da artmış olur.Ümumilikdə bu borcları müəssisə mühasibi müəssisənin ya bank hesabından,ya da müvafiq bankın kartı olduğu təqdirdə Hökumət Ödəniş Portalından da ödəmə imkanına malik olur.Bunun üçün hər bir borcun büdcə təsnifat və büdcə səviyyə kodunu da qeyd etmək lazımdır.Büdcə səviyyəsinin kodu Vergi üzrə 1, DSMF üzrə 4, İcbari tibbi sığorta üzrə isə 7 kodudur.
Məlumat axtar hissəsinə daxil olan ikinci bölmə Mükəlləfiyyət bölməsidir. Biz bu bölmədə Vergi orqanında hansı vergi ödəyicisi olaraq qeydiyyatdan keçdiyimizi görə bilərik.
Üçüncü bölmə şəxsi məlumat bölməsidir.Bu bölməyə vergi ödəyicisinin VÖEN-i,vergi ödəyicisinin tam adı,VÖEN-nin verilmə tarixi,zonası,zona kodu,rayonu,vergi ödəyicisinin əsas və əlavə fəaliyyət kodları və adları,eləcə də Hüquqi və Faktiki ünvanları daxildir.
Dəyişiklik bölməsində parol və məlumat dəyişikliyi etmək mövcuddur.Bunun üçün parol və şifrəni daxil etdikdən sonra,yeni parolu təyin edib yazmaq və təkrarlayaraq qeyd etmək kifayətdir.Məlumat bölməsində isə mobil telefon nömrəsi,faks nömrəsi və e-mail ünvanının qeyd olunması nəzərdə tutulmuşdur.
Yuxarıda dediyimiz kimi ƏDV ödəyicilərinə məxsus olan ƏDV depozit hesabı da E-bəyannamənin bir bölməsi hesab olunur. Depozit hesabı ƏDV-nin mədaxili,məxarici,uçotu ilə əlaqədar Dövlət Xəzinədarlıq Agentliyində yaradılan vahid xəzinə hesabıdır. Köçürmə əməliyyatlarının aparılması bu hesabın ilk bölməsidir ki,biz bu bölmədə üç əsas yerə ƏDV köçürə bilirik.
1.Digər sub-uçot hesaba köçürmə
2.Büdcəyə ödəniş
3.İdxala görə ƏDV köçürülməsi
Köçürmə əməliyyatlarının axtarışı bölməsində biz aylıq olaraq ƏDV və əsas məbləği ödənmiş qaimələrin cədvəlini görmüş oluruq.Bu bölmədə depozit hesabına mədaxil və hesabdan məxaric birlikdə verilsə də hesabdan çıxarış bölməsində biz bu qaimələr üzrə ödənişlərin mədaxil və məxaric əməliyyatlarını ayrılıqda sütunlarda görmə imkanı əldə etmiş oluruq.
Proqramı uğurla bitirənlərə, SERTİFİKAT təqdim edilir! Xüsusi üstünlüklərimizdən biri də tədris müddətini uğurla və yüksək nəticə ilə başa vuran tələbələrimizi əməkdaşlıq etdiyimiz şirkət və müəssisələrə təcrübə proqramına yönləndirə şansı əldə edə bilir.
Mühasibatlıq kursları haqqında ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:
EDU Company Mühasibatlıq kursu