09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Dövlət qulluğunun üstünlüyü nədir? | Nə üçün Dövlət Qulluğu?

Dövlət qulluğunun üstünlüyü nədir?

Nə üçün Dövlət Qulluğu? Dövlət Qulluğu nədir?

Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir.

Dövlət Qulluğunun üstünlükləri

-Haqqı ödənilən məzuniyyət

-Sərfəli iş qrafiki

-Daxili və xarici məzuniyyətə getmək

-Mükafat almaq

-Dövlət sosial sığortası

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq, birinci-beşinci kateqoriya dövlət orqanlarında (yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanlarının yanındakı orqanlar və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri istisna olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir.

Test imtahanı dövlət qulluğu vəzifələrinin növləri üzrə aşağıdakı qruplara uyğun keçirilir:

A növü -  inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə:

  • AA qrupu;
  • AB qrupu;
  • AC qrupu.

B növü -  inzibati icraçı vəzifələr üzrə:

  • BA qrupu;
  • BB qrupu.

 

Test imtahanında iştirak edərək , imtahandan keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq test imtahanından keçdiyini təsdiq edən sertifikat verilir. Sertifikatın qüvvədə olma müddəti beş ildir.

Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxs müsahibədə iştirak edə bilər. Müsahibədə iştirak etmək istəyən şəxs müsahibənin keçirilməsi elan edildiyi gündən 30 gün müddətində Mərkəzin portalı vasitəsilə dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edir. Müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçirilir.

Dövlət Qulluğu imtahanı  Dövlət İmtahan Mərkəzi tərəfindən  hər 2 aydan bir keçirilir.

Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən dövlət orqanlarında vəzifələr həmin vəzifələrin funksiyalarının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı olaraq inzibati və yardımçı vəzifələrə bölünür. İnzibati vəzifələr dövlət orqanları aparatları və bölmələri rəhbərlərinin, onların müavinlərinin, habelə dövlət qulluğunda çalışan mütəxəssislərin, yardımçı vəzifələr isə dövlət orqanlarında texniki işləri həyata keçirən dövlət qulluqçularının (kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilərin) vəzifələridir.

İnzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili, yardımçı vəzifə iddiasında olan şəxsin isə tam orta təhsili olmalıdır. Yardımçı vəzifələr üzrə dövlət qulluğuna qəbul bilavasitə dövlət orqanı tərəfindən həyata keçirilir.

Dövlət Qulluğu Müsahibə mərhələsi

Dövlət orqanında vakant inzibati vəzifə yarandığı gündən 1 ay müddətində həmin vakant inzibati vəzifə tutulması üçün müsahibəyə çıxarılır. Müsahibəyə hazırlıq zamanı 3 istiqamət : 1) qanunvericilik 2) ümumi dünyagörüşü  3)vəzifə və orqanın proqramı 4) etik davranışlar, informatika bilgiləri və dil bilgiləri(tələb olunduğu halda)

 

Kimlər Dövlət Qulluqçusu ola bilərlər ?

 Azərbaycan Respublikasının 16 yaşına çatmış, irqindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən,  əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququ vardır. Namizədlərin bakalavr diplomunun olması vacib şərtdir.Bakalavr diplomu olmadan Dövlət QUlluöu İmtahanında iştirak etmək olmur

EDU Company Təhsil Şirkəti yüzlərlə namizədə  Dövlət qulluqçusu statusu qazanmaqda vasitəçi olmuşdur. İlkin test mərhələsinə hazırlıq üçün mərkəzimizdə 4 fənn üzrə

  1. Qanunvericilik
  2. Məntiq
  3. Azərbaycan dili
  4. İnformatika

Dərslər həftədə 4 dəfə olmaqla hər gün 2 fəndən tədris olunur hər fənn 90 dəqiqə keçirilir. Hər fənn üçün ilkin dərs tamamilə ödənişsiz nümunə dərsidir.İlk oncətəlıbə dərsin gedişatı və müəllimin dərs metodikası ilə tanış olur qane edərsə bu halda qeydiyyatdan keçir.

EDU Company Təhsil Şirkəti Dövlət Qulluğu üzrə hazırlığa 100 faiz yazılı zəmanət verir.


#Dövlət Qulluğu

Sürətli Qeydiyat