Bildiyiniz kimi dövlət qulluğuna qəbul müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanından və müsahibə mərhələsindən ibarət olur. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna qəbul prosesində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə inzibati vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir.
Dövlət qulluğuna qəbul zamanı test mərhələsində iştirak ödənişli əsaslarla həyata keçirilir. Azərbaycan Respublikasının Tarif Şurasının 2017-ci il 23 may tarixli 5 nömrəli qərarına əsasən vəzifələr üzrə test imtahanında 1 iştirak üçün aşağıdakı qiymətlər müəyyənləşdirilmişdir:
AA vəzifə qrupu üzrə - 110 AZN
AB vəzifə qrupu üzrə - 100 AZN
AC vəzifə qrupu üzrə - 90 AZN
BA vəzifə qrupu üzrə - 80 AZN
BB vəzifə qrupu üzrə - 70 AZN
Test imtahanlarının qiymətləndirilməsi
Test imtahanlarında vəzifə qrupları üzrə toplanması mümkün olan maksimal bal mərkəz tərəfindən müəyyən edilir.
Test imtahanının nəticələri haqqında məlumat mərkəzin portalında yerləşdirilir. Namizəd test imtahanmrn nəticələri ilə razı olmadıqda, nəticələr portalda yerləşdirildiyi gündən 3 iş günü müddətində mərkəz tərəfindən yaradılmış apelyasiya komissiyasına şikayət verə bilər. Şikayətə baxıldıqdan sonra nəticələrə dair müvafiq qərar qəbul edilir. Namizəd bu qərardan məhkəməyə müraciət edə bilər.
Test imtahanından müvəffəqiyyətlə keçdikdən sonar həmin şəxsə inzibati vəzifələrin təsnifat toplusuna uyğun olaraq test imtahanından keçdiyini təsdiq edən sertifikat verilir. Sertifikatlar altqruplara daxil olan inzibati vəzifələrə uyğun olaraq təqdim olunur. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər. Sertifikatı əldə etmək üçün namizəd imtahan nəticələri elan olunduqdan 10 iş günü müddətində Mərkəzin portalından onlayn qeydiyyatdan keçir və namizədə təqdim olunan müraciət formasını doldurur. Namizədin forma vasitəsilə təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:
Sertifikatı əldə etmiş şəxs qrup və altqruplara aid vəzifələr üzrə müsahibədə iştirak etmək hüququ əldə edir.
Dövlət orqanında vakant inzibati vəzifə yarandığı gündən 1 ay müddətində həmin vakant inzibati vəzifə tutulması üçün müsahibəyə çıxarılır. Vakant inzibati vəzifənin tutulması üçün müsahibə elanları, vakant vəzifə üzrə vəzifə təlimatı və müsahibə proqramları mərkəzin internet portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdirilir. Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət başa çatdıqdan sonra müsahibənin keçirilməsi qrafiki (müsahibənin keçirilməsi vaxtı və yeri) mərkəzin portalında və dövlət orqanının internet saytında yerləşdirilir.
32-1.1. Dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir.
32-1.2. 65 yaşına çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.
32-1.3. İnzibati vəzifələrin birinci-dördüncü təsnifatına aid vəzifələrdə qulluq keçən dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq dövlət orqanının razılığı əsasında bu Qanunun 32-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər.
32-1.4. Bu Qanunun 32-1.2-ci maddəsinə uyğun olaraq dövlət orqanına aid edilən sahədə dövlət qulluğunda olma müddəti uzadılmış dövlət qulluqçularının sayı həmin dövlət orqanının vahid sistemini təşkil edən qurumların işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz.
32-1.5. Dövlət orqanının aparatının və tabeliyində olan qurumun çalışma müddəti uzadılmış işçilərinin sayı müvafiq olaraq onun aparatının və tabeliyində olan həmin qurumun işçilərinin sayının 2 faizindən artıq ola bilməz.
32-1.6. Dövlət orqanının aparatında və ya tabeliyində olan qurumunda dövlət qulluqçularının sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır.
32-1.7. Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin uzadılmasına onun razılığı əsasında yol verilir.
32-1.8. Bu Qanunun 32-1.2-ci maddəsi tətbiq edilərkən aşağıdakılar nəzərə alınır:
32-1.8.1. dövlət qulluğunda intizam tənbeh tədbirlərinin tətbiq edilməməsi;
32-1.8.2. elmi dərəcənin və ya elmi adın olması;
32-1.8.3. dövlət təltifi ilə təltif edilmə;
32-1.8.4. attestasiyadan üç dəfə müvəffəqiyyətlə keçmə.”.
2. 33.1.11-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 33.1.12-ci maddə əlavə edilsin:
“33.1.12. dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda.”
Əziz bakalavr diplomu olan tələblər siz də dövlət qulluqçusu olmaq istəyirsinizsə gələcəyinizi peşəkar və bu sahədə öz sözünü demiş "EDU COMPANY" TƏHSİL ŞİRKƏTİNƏ əmanət etməlisiniz.
Dövlət Qulluğu haqqında daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil ola bilərsiniz;
EDU Company Dövlət qulluğuna hazırlıq