Keçən məqaləmizdə sizlərə dövlət qulluğu barəsində ümumi məlumat vermişdik. Indi isə aşağıdakı mövzular haqqında ətraflı məlumat verəcəyik:
Dövlət qulluğuna qəbul müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra - Mərkəz) dövlət qulluğuna qəbul prosesində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə inzibati vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir.
Dövlət qulluğuna qəbulun test imtahanı mərhələsi Mərkəz tərəfindən inzibati vəzi-fələrin təsnifat toplusuna uyğun olaraq, birinci-beşinci kateqoriya dövlət orqanlarında (ali kateqoriya dövlət orqanları və yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanlarının yanındakı orqanlar və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri istisna olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatına uyğun olan vəzifələr üzrə həyata keçirilir. Test imtahanı inzibati dövlət qulluğu vəzifələrinin növləri üzrə aşağıdakı qruplara uyğun keçirilir:
Test imtahanı mərhələsində namizədlərə qapalı tipli test tapşırıqları, açıq və esse tipli tapşırıqlar təqdim olunur. Test tapşırıqlarının məzmunu, növü, ümumi sayı, sahələr və çətinlik dərəcəsi vəzifə altqruplarına uyğun olaraq müxtəlif olur və Mərkəz tərəfindən müəyyən edilir. Test imtahanı proqramları Mərkəzin internet portalında (bundan sonra - portal) yerləşdirilir. Test imtahanı Mərkəzin qərarı ilə kağız daşıyıcılarda və ya kompyuter vasitəsilə aparılır.
Test imtahanında iştirak etmək üçün namizədlər Mərkəzin portalı vasitəsilə onlayn qeydiyyatdan keçir. Portal vasitəsilə ona qeydiyyatdan keçdiyini təsdiq edən elektron bildiriş və namizədin hüquq və vəzifələrinin əks olunduğu yaddaş kitabçası göndərilir. İmtahanın keçiriləcəyi yer və vaxt haqqında məlumat test imtahanına ən azı 5 gün qalmış Mərkəzin portalında yerləşdirilir. Bununla yanaşı, namizəd test imtahanında iştirakla bağlı məlumatı özündə əks etdirən imtahana buraxılış vərəqəsini portal vasitəsilə çap edərək əldə edir. Namizəd imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini gətirir. İnzibati vəzifələrin qrupları, alt qrupları, hər alt qrup üzrə keçid balları aşağıdakı cədvəldə göstərilmişdi.
Vəzifə qrupu |
Vəzifə altqrupu |
Altqrupa daxil olan vəzifələr |
Keçid balı (faizlə) |
АА |
АА1 |
inzibati vəzifələrin 1-ci təsnifatı üzrə: dövlət orqanlarında aparat rəhbəri |
85 |
АА2 |
inzibati vəzifələrin 2-ci təsnifatı üzrə: dövlət orqanlarında aparat rəhbəri; dövlət orqanlarında aparat rəhbərinin müavini və şöbə müdiri; mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərləri; fondların icraçı direktoru və direktoru |
80 |
|
АА3 |
inzibati vəzifələrin 3-cü təsnifatı üzrə: şöbə müdirinin müavini; dövlət orqanı rəhbərinin müşaviri, köməkçisi; dövlət orqanlarında aparat rəhbəri; Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi; TarifŞurasının katibi |
75 |
|
АА4 |
inzibati vəzifələrin 3-cü təsnifatı üzrə: mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri rəhbərlərinin müavinləri; fondların icraçı direk torununvə direktorunun m üavini; dövlət orqanlarında aparat rəhbərinin müavini |
70 |
|
АБ |
АВ1 |
inzib ati vəzifələrin 4-cü təsnifatı üzrə: şöbə müdiri; sektor müdiri; regional bölmənin rəhbəri |
85 |
АВ2 |
inzib ati vəzifələrin 4-cü təsnifatı üzrə: şöbə müdirinin müavini; dövlət orqanı rəhbərinin müşaviri, köməkçisi; regional bölmənin rəhbərinin müavini |
80 |
|
АВ3 |
inzibati vəzifələrin 5-ci təsnifatı üzrə: sektor müdiri; şöbə müdiri |
75 |
|
АВ4 |
inzibati vəzifələrin 5-ci təsnifatı üzrə: şöbə müdirinin müavini |
70 |
|
АС |
АС1 |
inzibati vəzifələrin 5-ci təsnifatı üzrə: yerli bölmənin rəhbəri; mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərləri |
80 |
АС2 |
inzibati vəzifələrin 6-cı təsnifatı üzrə: şöbə müdiri; sektor müdiri; yerli bölmənin rəhbəri |
75 |
|
АС3 |
inzibati vəzifələrin 6-cı təsnifatı üzrə: yerli bölmələrin rəhbərlərinin müavini; şöbə müdirinin müavini; mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərlərinin müavinləri |
70 |
|
АС4 |
inzibati vəzifələrin 7-ci təsnifatı üzrə: sektor müdiri; |
65 |
|
БА |
ВА1 |
inzibat i vəzifələrin 4-cü təsnifatı üzrə: baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi |
85 |
ВА2 |
inzibati vəzifələrin 4-cü təsnifatı üzrə: aparıcı məsləhətçi; məsl əhətçi |
80 |
|
ВА3 |
inzibati vəzifələrin 5-ci təsnifatı üzrə: baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi |
75 |
|
ВА4 |
inzibati vəzifələrin 5-ci təsnifatı üzrə: aparıcı məsləhətçi; məsləhətçi; hakim köməkçisi; məhkəmə iclasının katibi |
70 |
|
ВВ |
ВВ1 |
inzibati vəzifələrin 6-cı təsnifatı üzrə: baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi |
80 |
ВВ2 |
inzibati vəzifələrin 6-cı təsnifatı üzrə: aparıcı məsləhətçi; məsl əhətçi; hakim köməkçisi; məhkəmə iclasının katibi |
75 |
|
ВВ3 |
inzibati vəzifələrin 7-ci təsnifatı üzrə: baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi |
70 |
|
ВВ4 |
inzibati vəzifələrin 7-ci təsnifatı üzrə: aparıcı məsləhətçi; məsləhətçi; hakim köməkçisi; məhkəmə iclasının katibi |
65 |
Əziz bakalavr diplomu olan tələblər siz də dövlət qulluqçusu olmaq istəyirsinizsə gələcəyinizi peşəkar və bu sahədə öz sözünü demiş EDU COMPANY TƏHSİL ŞİRKƏTİ nə əmanət etməlisiniz.
EDU Company ən etibarlı bələdçiniz
Dövlət Qulluğu haqqında daha Ətraflı məlumat üçün aşağıdakı linkə daxil ola bilərsiniz;
EDU Company Dövlət qulluğuna hazırlıq