09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Dövlət qulluğu imtahanı  tələb olunan sənədlər | EDU Company

Dövlət qulluğu imtahanı üzrə tələb olunan sənədlər

Məlum olduğu kimi Dövlət qulluğuna qəbul imtahanı 2 mərhələdən ibarətdir: Müsabiqə və müsahibə mərhələsi. Namizədlər müsabiqədə qeydiyyata alınmaq üçün ilk növbədə müraciət forması ilə komissiyaya müraciət etməlidir. Bu forma Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir və komissiyanın internet saytında yerləşdirilir.Formanı namizəd komissiyaya gəlmədən elektron formada dolduraraq ünvanlaya bilər  və yaxud kağız daşıyıcılar vasitəsilə şəxsən və ya poçt vasitəsilə komissiyaya təqdim etməlidir. Əgər şəxs test imtahanında uğur qazanırsa,növbəti mərhələdə yəni müsahibə mərhələsində iştirak etmək üçün qanunvericiliklə siyahısı təsdiq olunmuş zəruri sənədləri komissiyaya təqdim etməlidir.  Bu sənədlər hansılardır : Ərizə,kadrlar uçotunun şəxsi vərəqəsi ,şəxsiyyəti təsdiq edən sənədin surəti,ali təhsil haqqında sənədin surəti,əmək kitabçasının sürəti (olduğu halda),sağlamlıq haqqında arayış və s. Qeyd olunan sənədlər test imtahanın nəticələri,komissiyanin Dim saytında elan ediləndən 10-iş günü ərzində təqdim olunmalıdır və bu sənədlər qanunvericiliklə müəyyən olunmuş formada təsdiq edilməlidir.

Vətəndaşlar müsabiqədə iştirak etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş bir sıra zəruri sənədləri komissiyaya təqdim etməlidirlər və bu zəruri sənədlərdən biridə ali təhsil haqqında sənədin sürətidir. Diplomun özü olmadan təəssüf ki imtahan üçün qeydiyyatdan keçə bilmir yəni müsabiqə imtahanında iştirak etməsi qeyri-mümkündür.

Dövlət qulluğu imtahanı

Test imtahanının keçirilməsi vaxtı və yeri komissiya tərəfindən müəyyən olunur . Bu barədə komissiyanın internet saytı vasitəsilə namizədlərə məlumat verilir. Ümumiyyətlə test imtahanları komputerlər qarşısında keçirilir. Test imtahanında namizədlərə düşəcək test tapşırıqları xüsusi proqram təminatı əsasında təsadüfi ədədlər vasitəsilə seçilərək namizədlərə təqdim olunur. Hər bir namizədə test imtahanında 100 sual təqdim olunur , bunlardan 40- qanunvericilik,30 məntiq, 15 informatika, 15 sual isə məntiqdən olur. 1 sual 1 balla hesablanır və səhv düzü aparmır. BB kategoriyası üzrə keçid balı 65 üzəri, BA kategoriyası üzrə isə 84 üzəri balla qiymətləndirilir. 

Dövlət qulluğuna qəbul üzrə keçirilən imtahanın ikinci mərhələsi isə müsahibə mərhələsidir . Müsahibə mərhələsində namizəd komissiyanın nəzarətindən keçməlidir. Komissiyanın əsas tərkibində Dövlət orqanından 1 nəfər, Dövlət qulluğu məsələlər üzrə 1 nəfər və müstəqil ekspert daxildir. Müsahibə mərhələsində əsasən namizədin qanunvericilik bililkləri, ümumi dünyagörüşü və seçdiyi vakant yer üzrə vəzifə proqramıyla bağlı bilikləri yoxlanılır,sual cavab olunur.  Müsahibə mərhələsində isə keçid balı 16 bal və üzəri balla qiymətləndirilir.

Edu Company ilə dövlət qulluğuna hazırlıq

Dövlət qulluğu müsabiqə test mərhələsi üzrə dərslərimiz hər fənn həftədə 2 dəfə 90 dəqiqə olmaqla keçirilir. İlk dərs ödənişsiz sınaq dərsidir. Müdavim dərsdə iştirak edərək müəllim və dərsin gedişatıyla yaxından tanış olur razı qaldığı təqdirdə qeydiyyatdan keçərək dərslərə davam edir. Ümumilikdə proqram müddəti 3-ay əhatə edir. Hər ay mərkəz tərəfindən sınaq imtahanları təşkil olunur. Sınaq imtahanından sonra müdavimin imtahan nəticəsinə məıllim tərəfindən nəzər yetirilir, hər hansı fənndən mövzudan zəifliyi olarsa həmin zəiflik aradan qalxana qədər əlavə dərslər təşkil olunur və bu dərslər tamamilə ödənişsizdir. Ən əsası Edu Company dövlət qulluğu imtahanı üzrə nəticəyə yazılı zəmanət verən yeganə təhsil şirkətidir. Hal-hazırda bütün filiallar üzrə Dövlət qulluğu 4 fənn paketi 230 azn təşkil edir. Məntiq,informatika test və informatika nəzəriyyə kitabları mərkəz tərəfindən tələbəyə hədiyyə olunur.  Dərslər ixtisas üzrə təcrübəli və peşəkar müəllim heyəti tərəfindən sırf proqram əhatəsində keçirilir.

   Dövlət Qulluğu haqqında daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil ola bilərsiniz;

EDU Company Dövlət qulluğuna hazırlıq


#Dövlət Qulluğu

Sürətli Qeydiyat