09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Dövlət qulluğu haqqında məlumat | Dövlət qulluğu imtahanı | EDU Company

Dövlət qulluğu haqqında məlumat

Dövlət qulluğu imtahanı üçün vacib olan sənədlər

Məlum olduğu kimi Dövlət qulluğuna qəbul imtahanı 2 mərhələdən ibarətdir: Müsabiqə və müsahibə mərhələsi. Namizədlər müsabiqədə qeydiyyata alınmaq üçün ilk növbədə müraciət forması ilə komissiyaya müraciət etməlidir. Bu forma Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir və komissiyanın internet saytında yerləşdirilir.Formanı namizəd komissiyaya gəlmədən elektron formada dolduraraq ünvanlaya bilər  və yaxud kağız daşıyıcılar vasitəsilə şəxsən və ya poçt vasitəsilə komissiyaya təqdim etməlidir. Əgər şəxs test imtahanında uğur qazanırsa,növbəti mərhələdə yəni müsahibə mərhələsində iştirak etmək üçün qanunvericiliklə siyahısı təsdiq olunmuş zəruri sənədləri komissiyaya təqdim etməlidir.  Bu sənədlər hansılardır : Ərizə,kadrlar uçotunun şəxsi vərəqəsi ,şəxsiyyəti təsdiq edən sənədin surəti,ali təhsil haqqında sənədin surəti,əmək kitabçasının sürəti (olduğu halda),sağlamlıq haqqında arayış və s. Qeyd olunan sənədlər test imtahanın nəticələri,komissiyanin Dim saytında elan ediləndən 10-iş günü ərzində təqdim olunmalıdır və bu sənədlər qanunvericiliklə müəyyən olunmuş formada təsdiq edilməlidir.

Dövlət qulluğu vakansiya

Vakansiya ilə bağlı elanlar hansı müddətdən bir verilir

Hal-hazırda müsabiqə elanlarınln verilməsi müddətiylə bağlı qanunvericilikdə hər hansı müddəa yoxdur və bu müddət komissiya tərəfindən müəyyən olunur amma bu zaman təbiiki bir sıra amillər nəzərə alınır. Bu ilk növbədə dövlət orqanları tərəfindən komissiyaya müvafiq vakant vəzifələr barədə məlumatın təqdim edilməsi ,həmçinin davam edən və yaxud bitən müsabiqələr üzrə təyinatların aparılması ehtiyat kadrların analoji vəzifəyə təyin edilməsi üçün işin aparılması digər bu kimi amillərdən aslıdır.

Dövlət imtahanı vermiş ,amma hələ diplomunu almayan vətəndaşlar müsabiqədə iştirak edə bilərmi

Vətəndaşlar müsabiqədə iştirak etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş bir sıra zəruri sənədləri komissiyaya təqdim etməlidirlər və bu zəruri sənədlərdən biridə ali təhsil haqqında sənədin sürətidir. Diplomun özü olmadan təəssüf ki imtahan üçün qeydiyyatdan keçə bilmir yəni müsabiqə imtahanında iştirak etməsi qeyri-mümkündür.

Dövlət qulluğu imtahanı

Dövlət qulluğuna qəbul üzrə keçirilən müsabiqənin test mərhələsində əsasən namizədlərin dünyagörüşü,qanunvericilik və informatika texnologiyaları  üzrə bilik səviyyəsi,məntiqi düşünmə qabiliyyəti yoxlanılır. Bunun üçün komissiya tərəfindən test bank hazırlanır və namizədlərin test imtahanına daha səmərəli hazırlaşması üçün test tapşırıqlarının hazırlanması zamanı istifadə olunan mövzular və həmin mövzuların götürüldüyü ədəbiyyat siyahısından ibarət test imtahanı proqramları təqdim edilir. Həmin proqramlar Dövlət İmtahan Mərkəzinin rəsmi saytında yerləşdirilmişdir.

Test imtahanının keçirilməsi vaxtı və yeri komissiya tərəfindən müəyyən olunur . Bu barədə komissiyanın internet saytı vasitəsilə namizədlərə məlumat verilir. Ümumiyyətlə test imtahanları komputerlər qarşısında keçirilir. Test imtahanında namizədlərə düşəcək test tapşırıqları xüsusi proqram təminatı əsasında təsadüfi ədədlər vasitəsilə seçilərək namizədlərə təqdim olunur. Hər bir namizədə test imtahanında 100 sual təqdim olunur , bunlardan 40- qanunvericilik,30 məntiq, 15 informatika, 15 sual isə məntiqdən olur. 1 sual 1 balla hesablanır və səhv düzü aparmır. BB kategoriyası üzrə keçid balı 65 üzəri, BA kategoriyası üzrə isə 84 üzəri balla qiymətləndirilir. 

Dövlət qulluğu dərsləri

Müsabiqəyə Edu Company ilə hazırlıq

Dövlət qulluğu müsabiqə test mərhələsi üzrə dərslərimiz hər fənn həftədə 2 dəfə 90 dəqiqə olmaqla keçirilir. İlk dərs ödənişsiz sınaq dərsidir. Müdavim dərsdə iştirak edərək müəllim və dərsin gedişatıyla yaxından tanış olur razı qaldığı təqdirdə qeydiyyatdan keçərək dərslərə davam edir. Ümumilikdə proqram müddəti 3-ay əhatə edir. Hər ay mərkəz tərəfindən sınaq imtahanları təşkil olunur. Hal-hazırda bütün filiallar üzrə Dövlət qulluğu 4 fənn paketi 230 azn təşkil edir. Məntiq,informatika test və informatika nəzəriyyə kitabları mərkəz tərəfindən tələbəyə hədiyyə olunur.  Dərslər ixtisas üzrə təcrübəli və peşəkar müəllim heyəti tərəfindən sırf proqram əhatəsində keçirilir.

   Dövlət Qulluğu haqqında  daha Ətraflı məlumat üçün aşağıdakı linkə daxil ola bilərsiniz;

EDU Company Dövlət qulluğuna hazırlıq

 

 


#Dövlət Qulluğu #Hazırlıq

Sürətli Qeydiyat