XXI əsrdə texnologiyaların inkişafı ilə kompüter sahəsi də öz inkişaf dövrünə başladı. İldən – ilə dünyada durmadan inkişaf edən kompüter sahəsi hal –hazırda insanların, o cümlədən cəmiyyətin ayrılmaz parçası olub. İnsanlar demək olar ki, bir çox işlərini kompyuter vasitəsilə edirlər. Kompüter geniş və hərtərəfli sahədir. Demək olar ki,hər il yeni proqramlarım ortaya çıxması kompüter sahəsini daha da genişləndirir.
Adobe Photoshop – Bu proqram neçə illərdir ki, mövcuddur. Bir qədər geniş funksiyalara malik olan bu proqramı mükəmməl öyrənmək bir o qədər də asan deyil. Photoshop qrafiklərinizi və şəkillərinizi bir formadan digər formaya salmağa və ya təsəvvür etdiyiniz bir şeyi düzəltməyə kömək edən proqramdır.Proqram vasitəsilə rənglərdə dəyişiklik, şəkli işıqlı və ya qaranlıq, ölçüsünü kiçildib, böyüdə bilərsiniz, bunlarla yanaşı bir çox gözəl xüsusiyyətləri də var. Bu proqramdan bir çox sahələrdə, o cümlədən jurnal, qəzet, televiziya və bu tipli bir çox sahələrdə geniş istifadə olunmaqdadır. Bu proqram adından göründüyü kimi şəkillərin montajı üçün nəzərdə tutulub. Demək olar ki, hər il yeni versiyaları hazırlanır. Photoshop CS2, Photoshop CS3,Photoshop CS4, Photoshop CS5 versiyaları artıq istifadə olunur. Bu versiyalar ideya cəhətdən bir – birində o qədər də fərqlənmir. Lakin hər yeni versiyada yeni funksiyalar əlavə olunur, ümumilikdə proqram genişləndirilir.
Corel Draw – Bu proqram qrafika proqramıdı. Dizaynerlər üçün ən əlverişli dizayn proqramı hesab olunur. Bir sıra məşhur jurnalları bu proqram vasitəsilə yığırlar. Bundan başqa böyük plakatların hazırlanması, vizit kartların yığılması, bukletlər yığılması, və s. əyani vəsaitləri hazırlaya bilərsiniz.Corel Draw proqramının üstünlüklərindən bir də burada həm də şəkil montaj etmək mükündür.
AutoCad – Digər proqamlardan fərqli olaraq bu sırf dizayn üçün deyil. Bu proqram memarlıq və inşaaat sahəsində çalışan əməkdaşlar üçün nəzərdə tutulub. Onların iş şəraitini daha əlverişli olması üçün istifadə edilir. Belə ki, hər hansı bir tikilinin dizaynını vermək üçün hal – hazırda bu proqram vasitəsilə dizayn tərtib edirlər.Bu proqram bu sahədə çalışan şəxslər üçün ən uyğun proqramdır və bu kimi şəxslərin iş şəraitinin yaxşılaşdırılmasında mühüm rol oynayır.
Kompyuteri ilk öyrənənlər ilk dəfə kompyuterlə tanışlıqdan sonra başlanğıc kimi ofis proqramlarını öyrənir. Yeni nəsil ofis proqramlari, xüsusisən işcilərə əməkdaşlıq və iş birliyini təmin edən bacarıqlar təklif edir. Bu imkanlar yalnız yeni perspektivlərə və fikirlərə giriş təmin etmir, həmdə şəxsən və peşəkar olaraq mövcud olduğunu bilmədiyimiz yeni layihələr üçün yeni qapılar açır. MS Office, ofislə əlaqəli tətbiqlər toplusudur. Hər bir tətbiq bənzərsiz bir məqsədə xidmət edir və istifadəçilərinə xüsusi bir xidmət təqdim edir. Məsələn sənədlər yaratmaq üçün Microsoft Word , təqdimatlar hazırlamaq üçün PowerPoint , e-poçt və təqvimləri idarə etmək üçün Outlook istifadə olunur.
Ofis proqramlarına Microsoft Word, Microsoft Excel, Microsoft Power Point, Microsoft Outlook, Microsoft Accsess, Microsoft Publish kimi proqramlar daxildir.
Microsoft Word nədir?
Microsoft Word ilk dəfə Microsoft tərəfindən 1983-cü ildə hazırlanmış proqramdır. Ən yaxşı yazı işləri üçün nəzərdə tutulmuşdur. Hal-hazirda dünyada ən populyar proqram hesab edilir. Microsoft Word ilə uzun sənədləri bir kliklə formatlamağı asanlaşdıran müxtəlif, əvvəlcədən hazırlanmış üslub və dizaynlar arasından seçim edə bilərsiniz. Komputer və İnternetdən şəkillər və videolar əlavə edə, şəkillər çəkə və hər cür qrafika əlavə edə bilərsiniz. Microsoft Word proqramı mətn yaratmaq üçün istifadə edildiyinə görə bu cür proqramlara mətn redaktorlarıda deyilir.
Microsoft Excel nədir? Excel məlumatları saxlamaq, təşkil etmək və idarə etmək üçün istifadə olunan bir cədvəl proqramıdır. Cədvəl proqramları əvvəlcə mühasibat uçotu üçün istifadə olunan kağız qrafiklərə əsaslanırdı. Ofis işlərində mütəmadi olaraq istifadə olunur.Proqram şirkətin bütün maliyyə işlərini həyata keçirmək üçün əlverişlidir. Excel-in bütün versiyaları bir neçə cədvəl səhifəsini tək bir komputer sənədində saxlaya bilər.
Microsoft PowerPoint nədir
Microsoft PowerPoint ilk dəfə 1987-ci ildə Machintosh komputeri üçün Forethought şirkəti tərəfindən inkişaf etdirilən və 1990 cı ildə Microsoft tərəfindən satın alınan təqdimat proqramıdır. Proqram slaydlar hazırlamaq üçündür. Həmçinin hesabatlar, tezislər, təqdimatlar bu proqram vasitəsilə ilə edilir. Hal-hazirki bir çox hesabat və təqdimatlar bu proqram vasitəsilə ilə düzəldilir. Bundan əlavə təqdimata müxtəlif qrafik komponentlərdə əlavə etmək olur. Təqdimat üçün olan bu proqram iclaslarda və sinif şəraitində görəcəyiniz slayd növlərini yaratmaq və göstərmək üçün ən asand yoldur.
Microsoft Office Outlook nədir
Bu proqramda əsas proqramlardan biridir. Bu bir e-poçt proqramıdır. Bütün e-poçtların ortaq bir yerə toplamaq üçün nəzərdə tutulub. Yəni sizin 3-4 e-poçtunuz varsa hamısına bu proqram vasitəsilə baxa bilərsiniz.
Kompyuter sahəsində ən mühüm sahələrdən biri də dizayn proqramları olan sahədir. Müasir dövrdə dizayna olan ehtiyacı nəzərə alaraq bu sahədə çoxlu proramlar yaradılmışdır. Dizayn proqramlarınını ən mühümləri Adobe Photoshop, Corel Draw, AutoCad və s. proqramlar daxildir. Hər il demək olar ki, bu sahədə yeniliklər olur və ildən – ilə bu sahə üzrə proqramlar artmaqdadır.
Dizayn və kompüter kursları haqqında daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun: