09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Diksiya kursları | Diksiya təlimləri | EDU Company

DİKSİYA KURSLARI

Diksiya təlimləri

Danışıqda əsas məqsəd onun faydalı və tərbiyəvi xarakter daşımasıdır. Belə məqsədi olmayan danışıqlar boş və zərərli hesab olunur. Diksiya sənəti sözlərin aydın şəkildə tələffüzü , gözəl danışmaq və xüsusilədə karyera qurmaq istəyənlər üçün çox əhəmiyyətlidir. Diksiya, fikrini aydın, gözəl və inandırıcı sözlərlə ifadə etmək qabiliyyətidir. Düzgün diksiya insanların ifadələri rahat şəkildə anlamalarına kömək edir.Diksiya səs quruluşu və söz formalaşdırma biliklərini, danışıq orqanlarının düzgün istifadəsini tələb edir. İnsanlarla ünsiyyətə keçməzdən öncə özümüzü düzgün istifadə etmək bacarığına sahib olmalıyıq. Diksiyanı inkişaf etdirmək və aydın tələffüz əldə etmək üçün çox çalışmaq lazımdır. Diksiya təlimlərində iştirak edərək siz artıq özünüzü gözəl şəkildə ifadə etməyi bacaracaqsınız, artıq siz aydın və səlis danışaraq başqalarına təsir edəcək, hər kəsi razı sala və inandıra biləcəksiniz. Nitqiniz ləhcə və şivələrdən təmizlənmiş olacaq. Səlis nitqiniz başqalarında savadlı, ağıllı, işini bilən və özünə hörmət edən adam təəssüratı yaradacaq. Buda insanların sizə yanaşma tərzini, münasibətini yaradan ən vacib elementdir. Diksiya təlimində aydın tələffüzü əldə etmək üçün öyrəndiyimiz məşqlər sayəsində ağız tənbəlliyindən qurtulacaqsınız, bundan sonra danışarkən sıxılmayacaqsınız, sözlərinizin başqalarına gözəl təsir etməsinin zövqünü yaşayacaqsınız. Əvvəllər sahib olduğunuz səsdən daha cazibədar, daha dolğun səsə sahib olacaqsınız. Kimlər diksiya təlimində iştirak etməlidir:

  1. Aparıcılar, müxbirlər
  2. Müğənnilər, aktyorlar
  3. Həkimlər
  4. Psixoloqlar
  5. Məsləyini danışaraq həyata keçirənlər
  6. İşində, şəxsi münasibətlərində uğur qazanmaq istəyənlər
  7. Danışmaqda çətinlik çəkənlər
  8. İştirak etdiyi tədbirlərdə hər kəsin bəyənəcəyi çıxışlar etmək istəyənlər
  9. Səsindən narazı olan insanlar
  10. Ləhcə və şivə ilə danışmaq yox, ədəbi dildə danışmaq istəyənlər
  11. Söz bazasını genişləndirərək dolğun danışmaq istəyənlər
  12. Nitq qüsurlarından əziyyət çəkən insanlar və s.

Diksiya kursu

EDU Company Business Schoolda Diksiya üzrə Master Klaslar təşkil edilir.  Bu Master Klaslar Azərbaycan Televiziyasının prime time xəbər aparıcısı və peşəkar təlimçi Mümtaz Xəlilzadə tərəfindən keçirilir. Bu Master Klaslar 1 gün davam edir və 3-4 saatdan ibarət olur. Bu müddət ərzində iştirakçılar:

  1. Ləhcə və şivədən xilas olmaq;
  2. Söz ehtiyatının artırılması yolları;
  3. Səsinizi dəyişmək;
  4. Kütlə qarşısında həyəcansız danışmaq;
  5. Parazit ifadələrdən xilas olmaq;
  6. Tədbirlərdə daha təsirli çıxış etmək və s. mövzuları öyrənirlər.

Bu 3-4 saatlıq müddət ərzində həmçinin, coffee break ( kofe fasiləsi) təşkil edilir. Master Klasın sonunda da hər bir iştirakçıya rəsmi sertifikat verilir. Sertifikatın üzərində iştirakçının adı, soyadı, Mümtaz bəyin şəxsi imzası və bizim şirkətin imzası olur.

Master Klas nə deməkdir və mahiyyəti nədir?

"Master class" sözü bizə ingilis dilindən, yəni usta (usta, müəyyən bir sahədə bilik və təcrübəyə sahib bir şəxs) və sinifdən (dərs) gəldi. Bu gün bu söz geniş yayılmışdır, indi ən adi seminarlar belə adlanır.

Adi həyatda seminar şəklində bir master-klass keçirilir. Yəni "müəllim" hər şeyi açıq bir nümunə ilə göstərərək bütün təcrübəsini "tələbələrə" çatdırmağa çalışır. Bu vəziyyətdə bu cür dərslər ixtisasartırma kurslarına çox oxşayır.

Beləliklə, master-klass, tələbələr tərəfindən, özləri tərəfindən hazırlanmış və tətbiq olunan özünəməxsus bir metodologiyanı bölüşən tanınmış aktyor mütəxəssisləri tərəfindən aparılır. Bu ustalar öz təcrübələrini həmkarları ilə bölüşür və eyni zamanda işdə qüsurların tapılmasına kömək edirlər.

Master-klass müəllimə təcrübə və biliklərini şagirdlərinə ötürməyə imkan verir. Və bu cür dərslərdə iş metodlarının birbaşa və şərhli bir nümayişi olduğu üçün, tələbələr bütün nüansları daha sürətli başa düşürlər.

 


#Hazırlıq

Sürətli Qeydiyat