"Bank" termini italyan sözü olub,"bankö" sözündən əmələ gələrək pul dəyişmə stolu mənasını verir. Tacirlər ticarət əməliyyatlarını yerinə yetirmək üçün pul dəyişmə xidmətlərindən istifadə etmişlər.
Bank- əsas fəaliyyəti pul vəsaitlərinin cəlb edilməsi və yerləşdirilməsi, habelə hesablamalar aparmaqdan ibarət olan təşkilatdır.Bank- bank sistemi elementlərindən biridir.
Bank sistemi- bankların, bank infrastrukturu, bank qanunçuluğu və bank bazarının məcmusudur. İqtisadi sistemin tərkib hissəsi olmaqla bank sistemi cəmiyyətdəki iqtisadi münasibətləri özündə əks etdirir. Bu o deməkdir ki:
2012-ci ilin əvvəllərinə qədər Azərbaycanda bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyası olan 148 maliyyə təşkilatından 47-si bank, 101-i isə bank olmayan kredit təşkilatları fəaliyyət göstərmişdir. Banklar haqqında qanuna əsasən bank, ən azı üç hüquqi və fiziki şəxs tərəfindən açıq səhmdar cəmiyyəti formasında yaradılır. Bundan başqa dünyanın nüfuzlu maliyyə qurumlarının 3 nümayəndəliyinin ölkə daxilində fəaliyyətinə icazə verilmişdir ki, bu da dünyanın ən qabaqcıl bankçılıq texnologiyalarının Azərbaycanda tətbiq olunmasına imkan verəcəkdir.
Bank sahəsi öz mövcüdluğunu daimi olaraq qoruyan, ölkənin iqtisadi inkişaf səviyyəsinə birbaşa təsir göstərən maliyyə sisteminin əhəmiyyətli hissəsidir. Bu sahə üzrə iş imkanları geniş olsada, əmək bazarında rəqabətdə olduqca yüksəkdir.
Bank işi – İqtisadi subyektlərin sərbəst pul vəsaitlərinin müvəqqəti cəlb edilməsi, kreditlərin yerləşdirilməsi, hesablaşmaların aparılması, habelə müxtəlif bank xidmətlərinin göstərilməsi istiqamətində bank tərəfindən aparılan bütün əməliyyatları özündə birləşdirir.
Bank işi təlimlərində iştirak edən tələbələr bank müəssisələrinin rolunu və bank əməliyyatlarının mahiyyətini, maliyyə və bank sferasında bu biliklərin əməli tətbiq edilməsi məsələlərini öyrənirlər. Tələbələr təlim müddətində bank xidmətləri sahəsində gələcək karyerada uğur əldə etmək üçün əsas olan fundamental bilik və bacarıqları da əldə edirlər.
EDU Company Business School-da “Bank işi” təlimi 4 aylıq müddəti əhatə edir. Təlim Expressbank-ın idarə heyətinin sədr müavini Teymur Ağakişiyev tərəfindən tədris olunur. Teymur bəy, bank sahəsində 17 ildən çox təcrübəyə malikdir. Təlimdə həm nəzəri, həm də praktiki biliklər əldə edəcəksiniz. Mövzular:
Qeyd olunan mövzulara uyğun olaraq Expressbanka bir neçə dəfə səfərlər ediləcək və tələbələr nəzəri öyrəndiklərini praktiki olaraq real iş mühitində görəcəklər. 4 aylıq nəzəri təlimlər və banka səfərlər edərək praktiki təlimləri bitirdikdən sonra, qrupun 40-50%-i Expressbankda 3 aylıq təcrübə əldə edəcəkdir və bu tələbələr birbaşa olaraq Teymur bəy və Expressbank tərəfindən tələbənin aktivliyinə və işlə bağlı bacarıqlarına əsasən seçiləcəkdir. 3 aylıq təcrübə müddətində uğurlu olan tələbələr, həmin zaman bankda vakansiya olacağı təqdirdə işlə təmin olunma şansınıda əldə edə bilər!
Təlim həftədə 2 dəfə 90 dəqiqə olmaqla keçirilir və dərslər axşam saat 19:00-da tədris olunur. 4 aylıq təlimi bitirdikdən sonra hər bir tələbəyə sertifikat veriləcəkdir. Sertifikatllarımızın üzərində identifikasiya ( QR) kod olur və siz bu kodu internet səhifəmizə daxil edərək istədiyiniz zaman sertifikatınıza baxa bilərsiniz.