09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Bank işi kursları | Bank işi təlimləri | EDU Company

BANK İŞİ KURSLARI

Bank işi təlimləri

Bank sistemi – bankların, bank infrastrukturu, bank qanunçuluğu və bank bazarının məcmusudur. İqtisadi sistemin tərkib hissəsi olmaqla bank sistemi cəmiyyətdəki iqtisadi münasibətləri özündə əks etdirir.

Bank idarələrinin fəaliyyəti müxtəlifdir. Müasir cəmiyyətdə banklar əməliyyatların müxtəlif növləri ilə məşğul olur. Onlar nəinki pul dövriyyəsini və kredit münasibətlərini təşkil edir, eləcə də xalq təsərrüffatını maliyyələşdirir, qiymətli kağızların alqı-satqısını həyata keçirir, bəzi hallarda isə vasitəçi sövdələşmələr qurur və əmlakın idarə olunması ilə məşğul olurlar.

Bank ilk növbədə xüsusi məhsul istehsal edən müəssisədir. Bank səciyyəvi müəssisə kimi maddi istehsalat sahəsinin məhsulundan əhəmiyyətli şəkildə fərqlənən məhsul, ödəniş vasitəsi şəklində xüsusi bir mal, yəni pul istehsal edir. Pul istehsal mərhələsidir. İstehsal subyektlərinin ümumi kütləsində yeganə inhisarçı kimi fəaliyyət göstərən bank tərəfindən buraxılan nağd pullar həm istehsal sahəsinə, həm də yenidən- bölgü, mübadilə və istehlak sahəsinə xidmət edir. Bankı digər müəssisələrdən fərqləndirən cəhət onun xüsusi məhsulu digər iqtisadi subyekt tərəfındən istehsal olunmayan ödəniş vasitələrini yaratmasından ibarətdir. Müəssisənin müasir nəzəriyyəsinə müvafıq olaraq bankın bazarda rəqabətli mövqeyi, sabit şəkildə inkişaf edən iqtisadi subyektin nüfuzu bank üçün müqayisə olunmaz dərəcədə böyük əhəmiyyət kəsb edir, həm də yenidən- bölgü, mübadilə və istehlak sahəsinə xidmət edir.

Bank fəaliyyəti mahiyyət etibarilə vahid anlayış olub, bu və ya digər bankın fəaliyyət istiqamətlərinin fərqi ilə əlaqədar müəyyən xüsusiyyətlərə malik ola bilər. Bank fəaliyyətini bir proses kimi zaman və məkan anlamında ölçmək mümkündür. Onu məsrəflər baxımından da təsəvvür etmək olar. Bütün bunlar bankın əməiyyatlarını  müəyyən meyarlardan asılı olaraq nəzərdən keçirməyə əsas verir.

Bank – aşağıdakı bank əməliyyatlarını yerinə yetirməyə müstəsna hüququ olan kredit təşkilatıdır :

  • Fiziki və hüquqi şəxslərin pul vəsaitlərini qoyuluşa cəlb etmək;
  • Cəlb olunmuş vəsaitləri öz adından və öz hesabına qaytarılmaqlıq, müddətlilik və ödənicilik şərtləri əsasında yerləşdirmək;
  • Fiziki və hüquqi şəxslərə bank hesablarının açılıb aparılması;
  • Digər əməliyyatlar.

Bank işi kursu

EDU Company Business School-da “Bank işi” təlimi 3 aylıq müddəti əhatə edir. Təlim Expressbank-ın idarə heyətinin sədr müavini Teymur Ağakişiyev tərəfindən tədris olunur. Teymur bəy, bank sahəsində 17 ildən çox təcrübəyə malikdir. Təlimdə həm nəzəri, həm də praktiki biliklər əldə edəcəksiniz. Mövzular:

  1. Bank işi tarixinin yaranması;

  2. Müasir Bank sistemi;
  3. Bank əməliyyatları;
  4. Mərkəzi bank;
  5. Kommersiya bankları;
  6. Bankın balansı, aktiv və passiv əməliyyatlar;
  7. Bankların aktiv əməliyyatları, valyuta əməliyyatlar;
  8. Nağd və nağdsız hesablaşmalar;
  9. Ödəniş sistemləri, plastik kartlar;
  10.  Bank menecmenti;
  11.  Korparativ idarəetmə standartları;
  12.  Bank fəaliyyətində risklər;
  13. Banklarda uçot, nəzarət və auditin təşkili.

 Qeyd olunan mövzulara uyğun olaraq Expressbanka bir neçə dəfə səfərlər ediləcək və tələbələr nəzəri öyrəndiklərini praktiki olaraq real iş mühitində görəcəklər. 3 aylıq nəzəri təlimlər və banka səfərlər edərək praktiki təlimləri bitirdikdən sonra, qrupun 40-50%-i Expressbankda 3 aylıq təcrübə əldə edəcəkdir və bu tələbələr birbaşa olaraq Teymur bəy və Expressbank tərəfindən tələbənin aktivliyinə və işlə bağlı bacarıqlarına əsasən seçiləcəkdir. 3 aylıq təcrübə müddətində uğurlu olan tələbələr, həmin zaman bankda vakansiya olacağı təqdirdə işlə təmin olunma şansınıda əldə edə bilər!

Təlim həftədə 2 dəfə 90 dəqiqə olmaqla keçirilir və dərslər axşam saat  19:00-da tədris olunur. 3 aylıq təlimi bitirdikdən sonra hər bir tələbəyə sertifikat veriləcəkdir. Sertifikatllarımızın üzərində identifikasiya ( QR) kod olur və siz bu kodu internet səhifəmizə daxil edərək istədiyiniz zaman sertifikatınıza baxa bilərsiniz.

Bu təlimdə bank əmliyyatları zamanı qanunvericilik prinsiplərinə riayət olunması, banklarda əməliyyatlar zamanı əməliyyat üçün zəruri olan sənədlərin hazırlanması, əməliyyatlar üzrə tələb olunan sənədlərlə praktiki tanışlıq, banklarda və BOKT-larda əməliyyatların aparılması mexanizmi  üzrə  bilik və bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulub.


#Hazırlıq

Sürətli Qeydiyat