Bilirik ki, 2022-ci il MİQ imtahanları artıq yekunlaşdı. İmtahanda ümumi olaraq bütün ixtisaslar üzrə 54745 müdavim iştirak etdi. İmtahan 7 gün ərzində 10 mütəlif şəhər olmaqla, 15 imtahan mərkəzində keçirildi. Ümumilikdə 3900 müdavim imtahanın müsahibə mərhələsindən uğurla keçərək müəllim adını qazandı. Xatırladaq ki, imtahan hər il iyul ayında keçirilir və 3 turdan ibarətdir.
Birinci test mərhələsidir ki, burda müdavimlər ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sualı, tədris metodikası və təlim strategiyalarına aid 20 sualı cavablandırır. Ümumilikdə 60 qapalı test tapşırığı verilir. Maksimum bal 100 bal olmaqla hesablanır .Belə ki , ixtisas fənni 1 sual 2 bal olmaqla hesablanır yəni 80 bal, tədris metodikası və təlim strategiyalarına aid 1 sual 1 bal yəni 20 bal olaraq hesablanır. 4 səhv 1 doğru cavabı silir .Keçid balı həmin il keçirilən imtahan nəticəsinə görə müəyyənləşir.Bu il üçün keçid balı 40 bal götürülmüşdü.
İkinci vakant yerlərin seçimi mərhələsidir ki, burda 40 bal üzəri toplayan müdavimlər məktəb seçimi edirlər.
Üçüncü ən sonuncu mərhələ müsahibə mərhələsidir .Müsahibə mərhələsində namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı , ümumi dünyagörüşü və ixtisas fənni müvafiq komissiya tərəfindən yoxlanılır. 2022-ci il müsahibə mərhələsindən təqribən 3900 namizəd uğurla keçmişdir.
Müsabiqə bitdikdən sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə keçid balını toplayan yəni 40 bal toplamış namizədlərin müddətli müqavilə ilə işə qəbulu Nazirlik tərəfindən proqram təminatı tətbiq edilməklə mərkəzləşdirilmiş qaydada həyata keçirilir.
Bu il MİQ imtahanında 800 dən çox müdavimimiz iştirak etdi və hər biri uğurlu nəticə əldə etdi. Nərminə Mikayılova Respublika birincilərindəndir və 97 bal toplamışdır..Elmir Şükürov 96 bal , Aidə Sanıyeva 95 bal ilə Tarix ixtisası üzrə ən yüksək nəticələrdəndir. Arzu Məmmədova 86 bal toplayaraq Rus dili ixtisası üzrə Respublika 3-sü olmuşdur.
Müəllimlərin Sertifikasiya İmtahanı nə zamandı və necə keçirilir?
Sertifikasiya –dövlət ümumi təhsil müəssisələrində 5 ildən artıqdır ki , çalışan müəllimlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur.
Müəllimlərin Sertifikasiyasına bu ilin avqust ayında başlanıldı.İlkin olaraq dövlət ümumi təhsil müəssisələrində çalışan tahsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçirildi. Sertifikatlaşdırma prosesinə ilkin mərhələdə Bakı Şəhəri üzrə Təhsil idarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimləri cəlb edilib. İlkin olaraq Bakı şəhəri üzrə İbtidai sinif müəllimlərinin sertifikasiyası keçirildi. Sertifikatlaşdırma prosesinin birinci gününün ilk sessiyasına 2696 təhsilverən dəvət olunub. Onlardan 2579 nəfər təhsilverən sertifikatlaşdırma prosesində iştirak edib. Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan edilir. Nəzərinizə çatdırırıq ki, test imtahanında azı 30 bal toplamiş təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaqdır.Yeni qərara əsasən test imtahanı mərhələsində 50 baldan yuxarı nəticə göstərənlərin vəzifə maaşları 35 % , 30 bal üzəri toplayan digər təhsilverənlərə isə 10% aylıq əlavələr ediləcək.
Sertifikasiya İmtahanında iştirak edən müdavimlərimizin nəticələri
Əzizli Dilarə İbtidai sinif 58 bal
Qarayeva Ülviyyə İbtidai sinif 58 bal
Həsənova Leyla İbtidai sinif 57 bal
Cavadova Sevinc İbtidai sinif 57 bal
İsmayılova Əsmər İbtidai sinif 57 bal
Əsgərova Nərmin İbtidai sinif 56 bal
Balakişiyeva Aynur İbtidai sinif 56 bal
Neymətova Leyla İbtidai sinif 56 bal
Mirzəliyeva Nəzrin İbtidai sinif 56 bal
Cənnətova Ləman İbtidai sinif 56 bal
“EDU Company” Təhsil Şirkətində MİQ hazırlığını necə təşkil edir ?
“EDU Company” Təhsil Şirkəti Azərbaycan və Rus bölmələri üzrə MİQ və Sertifikasiya imtahanına hazırlıq həyata keçirir.
Hazırlıqlarımız həm onlayn, həm də əyani şəkildə olur.
Sertifikasiya və MİQ qruplarımızda dərslər peşəkar müəllimlər tərəfindən keçirilir. Qruplarımızda ən çox halda 10 tələbənin iştirakına icazə verilir.
Onlayn dərslərimiz Zoom programı ilə görüntülü şəkildə keçirilir və hər bir fənn həftədə 2 dəfə 80 dəqiqə olmaqla tədris olunur. Dərslər bitdikdən sonra dərslərin vidio izahları telegram qruplarına atılır ki müdavimlər təkrarən izləyə bilsinlər. Əksər Tədris Mərkəzlərindən fərqli olaraq bizim onlayn dərslərimizdə də maxsimum tələbə sayı 10 tələbədir.
- Əyani şəkildə dərslərimiz hər fənn həftədə 2 dəfə 90 dəqiqə tədris olunur. İlk dərslər ödənişsiz sınaq dərsləridi.Hər bir müdavim sınaq dərslərində iştirak edib müəllimlərimizin dərs keçmə metodları ilə tanış ola bilər.
- Yüksək nəticə toplayan müdavimlərimizə əməkdaşlıq təklif olunur.
- Biz sizə keyfiyyətli tədris və münasib qiymətlər təklif edirik. Sentyabr ayının sonuna kimi endirimli qiymətlərlə qeydiyyatdan keçib dərslərimizdə iştirak edə bilərsiniz. Bütün ixtisaslar üzrə yeni qruplara qeydiyyat başladı. Siz də, bizi seçin və müəllim adını bizimlə qazanın
Sizi MİQ nəticələrimizin bir hissəsi ilə tanış edək .
Nərminə Mikayılova kimya 97,25
Elmir Şükürov tarix 96,25
Aidə Sanıyeva tarix 95,25
Samir Məmmədov tarix 93,75
Zeynəb Atayeva tarix 92
Dünya Veysəlova texnologiya 91,5
Nigar Novruzəliyeva Təsviri incəsənət 90
Gülanə Tahirova texnologiya 87
Gülnar Şükürova tarix 86,25
Arzu Məmmədova Rus dili 85,75
Səbinə Qasımova Ingilis dili 85
Leyla Zeynallı riyaziyyat 83
Nərmin Əliyeva riyaziyyat 82
Əminə Əhmədova informatika 80
Sevinc Zeynalova Ibtidai sinif 90
Gülnar Əliyeva Riyaziyyat 80
Nübar Əliyeva Az.dili ədəbiyyat 91
Arzu Zeynalova Ingilis dili 84
MİQ (Müəllimlərin işə qəbulu) haqqında daha ətraflı məlumat: