09:00-21:00 İş saatları
Sınaq dərsi istə

Məqsədimiz

Hər bir millətin təhsilsiz gələcəyi uçurumdur. Yox olmağa və ya kölə kimi yaşamağa məhkumdur. Bir xalqı var edən onun tarixi keçmişi, mədəniyyəti, mənəvi dəyərləri və ən əsası intellektual səviyyəsidir. Artıq 9-cu ildir ki, yorulmadan, usanmadan, böyük qürur hissi ilə gərgin əmək sərf edərək, minlərlə vətəndaşımızın təhsilli gələcəyinə, karyerasına çıraq olduğumuz üçün bu müqəddəs missiyamızla qürur duyuruq. Hər il yüzlərlə ailənin sevincinə vəsilə olmaq, yüzlərlə vətəndaşımızın ümid mənbəyi olmaq, 9 il ərzində minlərlə insanın güvənini, sevgisini, rəğbətini qazanmaq, yüzlərlə gənci uçurumdan xilas etmək, hər kəsə nəsib olası bir xoşbəxtlik deyildir. “Maddi sıxıntı ucbatından kimsənin övladı təhsildən kənarda qalmasın” şüarı ilə yola çıxan “EDU Company”, xidmət haqlarını hər zaman hər kəsin büdcəsini uyğun olaraq tənzimləyir. Şirkətdə yarandığı gündən (5 Oktyabr 2013-cu il) bu günə qədər şəhid övladları üçün təhsilin tamamilə ÖDƏNİŞSİZ olması, qazi övladlarına maksimum güzəştlərin tətbiq olunması, hər iki valideynini itirmiş uşaqlar üçün təhsilin tamamilə ÖDƏNİŞSİZ olması, mənəvi dəyərlərimizə verdiyimiz qiymətin ən bariz nümunələrindəndir. Hər il, hər ay, hər gün durmadan inkişaf edən, xidmət keyfiyyətini daha da yüksəltməyə çalışan, tam fərqli tədris və idarəetmə sistemi ilə fəaliyyət göstərən  “EDU Company”, bundan sonra da böyük zövq və fəxrlə xalqının xidmətində olacaqdır. Azərbaycan təhsilinin daha da inkişafı üçün əlindən gələni əsirgəməyəcək və hər zaman “Təhsil Millətin Gələcəyidir” kəlamının müəllifi ulu öndərimiz Heydər Əliyevin və cənab Prezidentimiz İlham Əliyevin aparmış olduğu təhsil islahatlarından və innovasiyalarından maksimum faydalanmağa çalışacağıq!